13:23 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

22 min növü olan su canlısı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:28 13.06.2021

 

Təqribən 500 milyon il əvvəl yarandığı ehtimal olunan balıqlar dünyanın ən qədim onurğalı heyvanlarıdır. Planetimizdəki su hövzələrində 22 min balıq növü var. Onların 60 faizi dənizlərin və okeanların duzlu sularında yaşayır. Şirinsu balıqlarının yaşayış yeri çaylar, göllər və nohurlardır.

 

Ən qədim balıq

 

Latimeriya cinsinə aid latimeriya (latimeria chalumnae) dünyanın ən qədim balığı hesab olunur. Uzun illər daşlaşmış sümükləri saxlanılan və milyon illər bundan əvvəl nəsli kəsildiyi hesab edilən bu balıq növü İndoneziyanın Sulavesi adası yaxınlığında 1997-ci ildə təsadüfən aşkarlanıb.  Bu ölkəyə bal ayı keçirməyə gedən Mark Erdman və Arnaz Erdman balıq bazarında gəzərkən qeyri-adi balıq görüblər və onu latimeriyaya bənzədiblər. Araşdırmadan sonra bu balığın latimeriya olduğu təsdiqlənir. Canlı üzərində aparılan təhlillər onun milyon illər boyunca heç bir dəyişikliyə məruz qalmadığını göstərib.

İndoneziyada latimeriya balığı “dənizin kralı” adlandırılır. Balıqçılara bu balığı ildə yalnız iki-üç dəfə tutmaq nəsib olur. Bu canlılar dənizin 150 metrdən də  çox olan dərinliyində yaşayır, özlərinin sualtı mağaralarında və sığınacaqlarında gizlənir, yalnız gecələr ova çıxırlar.

Sonrakı dövrdə latimeriyaya Hind okeanının qərbində, Komor adaları yaxınlığında, Mozambik və Madaqaskar sahillərində rast gəlinib.

Alimlər bu balıqların populyasiyasının sayını az qiymətləndiriblər. Buna görə də latimeriya nəsli kəsilmək təhlükəsi altında olan canlıların siyahısına daxil edilib.

Dünyanın ən qədim balıqlarından biri kimi metaspriggina balığının da adı qeyd edilir. Metaspriggina ilk dəfə 1993-cü ildə kəşf edilib. Onun uzunluğu təxminən 6 sm-dir.

 

Dünyanın ən kiçik və ən böyük balıqları

 

Yer üzündəki ən kiçik balıq Sakit Okeanda yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12-14 mm-dən çox olmur.

Ən  böyük balıq isə balina köpəkbalığıdır. Onun uzunluğu orta hesabla 10 metrə çatır. Ancaq bəzi balina köpəkbalıqlarının uzunluğu 20 metrə qədər də böyüyə, çəkisi 20 tona qədər arta bilir. Balina köpəkbalığının nə qədər yaşaya biləcəyi bilinmir. Alimlər bu balıqların 60-100 il yaşadıqlarını düşünürlər. Balina köpəkbalığı  isti dənizlərdə yaşayır. Bu nəhəng balıq plankton kimi kiçik orqanizmlərlə qidalanır. Buna görə də balina köpəkbalığı insan üçün təhlükəli hesab edilmir.

İnsanlara hücum edərək onların bədənini mişar dişi kimi iti dişləri ilə parçalayan qatil akulalar da var. İnsan üçün ən təhlükəli köpəkbalıqlarından biri ağ köpəkbalığıdır. O, öz qurbanını hətta diri uda bilir. Ələ keçmiş bu yırtıcının mədəsindən tuna balıqlarının,  lanqustaların, suitilərin, nəhəng dəniz bağalarının, hətta başqa akulaların iri tikələri tapılır.

Ümumilikdə isə hazırda dünyada 350 nov köpək balığı var ki, onlardan yalnız 8 növü təhlükəli hesab edilir. Köpəkbalığını həmişə qan qoxusu cəlb edir. O, bu qoxunu duyan kimi ətrafda olanlara, hətta insanlara da hücum edir.

Maraqlıdır ki, köpəkbalığının sümüyü yoxdur. Onun bədənində sümükləri qığırdaqlar əvəz edir. Elə buna görədir ki, sahilə çıxarılmış köpəkbalığı tanınmaz dərəcədə öz şəklini dəyişmiş olur.

Üzmə qovuğu xilasedici köynək kimi balığı suyun içində saxlayır. Ancaq köpəkbalıqlarının üzmə qovuğu olmadığından onlar suyun dibinə düşməmək üçün daim hərəkət etməlidirlər.

 

Qılınclı, su püskürən, şişən, uçan, üzə bilməyən və elektrikli balıqlar

 

Atlantik okeanında yaşayan qılınc b

alığı da yırtıcıdır. O hətta balinaya və gəmilərə də hücüm edir. 1,5 metr uzunluğu olan qılıncı ilə 8 sm qalınlığında gəmilərin taxtasını və dəmir gövdələrini dələrək zədələyə bilir. Çox vaxt belə hücumlardan sonra qılınc balıq özü də tələf olur.

Mişardiş balığı suya girmiş və özündən dəfələrlə böyük (pələng, qaramal, davar və s. ) heyvanlara hücum edir, bir anda heyvanın dərisini və ətini yeyir. Onların bəzi növləri çayda çimən adamlara hücum edir.

Hind okeanının və Sakit okeanın tropik hissəsində yaşayan püskürən balıq öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür və yeyir. Buna görə də bu balığı “atıcı balıq” da adlandırırlar.

Dünyanın ən şirinsu balığı Filippin adalarında yaşayır. Pandaka piqmeya adlı həmin balığın boyu 11 mm-dən artıq olmur.

Balıqlar yalnız irəli üzürlər. Ancaq digər balıqlardan öz gözəlliyi ilə fərqlənən dəniz atları balıqları üfüqi vəziyyətdə üzməyən tək balıqlardır. Onlar şaquli istiqamətdə üzür.

Şar balıq təhlükə hiss edən kimi düşmənlərini qorxutmaq üçün bir anda özünü şişirdərək iki dəfə böyüyür.

Qvineya və Braziliyanın çay və dəniz sahillərində dördgözlü balıqlar yaşayır. Onların əslində iki gözü var. Lakin hər göz iki yerə ayrıldığından adama elə gəlir ki, dördgözlüdürlər. Görmə aparatının bu xüsusiyyəti onlara imkan verir ki, o hətta dənizin üstündə uçan quşları belə ovlaya bilsin. Həmin balıqlar suyun dərin qatlarını da yaxşı görürlər.

Okeanlarda yaşayan uçan balıqlar isə qanad bənzəri üzgəcləri vasitəsilə suyun səthindən havaya sıçraya bilirlər. Bu balıqlar qüvvətli quyruqlarını havada dəfələrlə çırpdıqdan və müəyyən bir yüksəkliyə sıçradıqdan sonra yan üzgəclərini açaraq uçurlar. Bu balıqlar saatda 70 km sürətlə sıçradığı nöqtədən 200 metr uzağa qədər irəliləyə bilirlər. Onların qeydə alınmış ən yüksək uçuş hündürlüyü  6 metr olub.

Hind okeanında və Aralıq dənizində yaşayan kirpi balığı isə üzə bilmir. O, külək vasitəsilə bir yerdən başqa yerə keçir. Bədəni xaricdən tikanla örtülən kirpi balığı təhlükə olduqda tikanlarını qabardır.

Subtropik sularda yayılan yırtıcı bələdçi balığının qəribə həyat tərzi var. Bu balıqlar köpəkbalıqlarının yanında olur və onlar öz hərəkəti ilə gah köpəkbalığına, gah başqa balıqlara tərəf hərəkət edərək ovun olduğu yeri xəbər verir. Köpəkbalıqları, habelə başqa balıqlar onlara toxuna bilmir.

Bəzi balıqlar zəhərlidir. Belə balıqlara cərrah balıq, ziyilli balıq, qızıl makrel, muren, sandıq, katran, buynuzbel, əjdaha balıq, əqrəb və dəniz pişiyi balıqları aiddir.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yırtıcılardan müxtəlif üsullarla qoruyur. Bəzi balıqlar böyük sürülər şəklində yaşayır, çünki yırtıcıların çoxu sürünü böyük canlıya bənzədərək ona hücum etməkdən ehtiyat edir. Bəzi balıqlar qoruyucu rəngə sahib olur, bəziləri isə məsələn, kəpənək balığı və paraquyruq-skat  özlərini zəhərli tikanlarla qoruyur. Uçan balıqar sudan hoppanır və öz uzun, enli üzgəclərinin köməyi ilə düşmənlərindən xilas olurlar. Köpəkbalığının bəzi növlərində isə öldürücü qüvvəyə malik olan, təqribən 220-250 volt gücündə elektrik cərəyanı olur ki, bu da onları ovlamaq istəyən balqların ölümününə səbəb olur. Bu cərəyan insan üçün də olduqca təhlükəlidir.

 

Qlobal balıq istehsalı illik 90 milyon tondan artıqdır

 

BMT-nin ixtisaslaşmış qurumu olan FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) hesabatına görə, qlobal balıq istehsalı ildə 90 milyon tonu ötür. Balıq istehsalı və istehlakındakı inkişafa əhali artımı, şəhərləşmə, artan gəlir və s. səbəb olur.

Çin dünyada  ən çox balıq istehsal edən ölkə hesab edilir. FAO-nun hesabatına görə, dünya balıq istehsalının 30 faizi,  dünya akvakultura məhsulları istehsalının 60 faizi Çinin payına düşür. Çində balıq istehsalının üçdəikisi akvakulturada yetişdirilir.  Çinin akvakulturası Hindistanın ümumi balıq istehsalından daha çoxdur. Bu ölkənin illik balıq istehsalının həcmi  76,15 milyard kiloqramdır. Çində üç böyük balıqçılıq zonası var.

İndoneziya da balıq istehsalını getdikcə artırır. İndoneziyada balıq istehsalındakı artım həm balıqların ovlanması, həm də yetişdirilməsi hesabına baş verir. Bu ölkədə hər il ümumilikdə 5.8 milyon ton (20.88 milyard kiloqram) balıq istehsal olunur. Daxili balıq ovu isə illik ovun 70 faizini təşkil edir.

Hindistanda ildə 9.60 milyard kiloqram balıq istehsal edilir. Hindistan balığını dünyanın 90-a yaxın ölkəsinə ixrac edir ki, bu da təxminən 1.8 milyard dollar təşkil edir.

Ən çox balıq istehsal edən ölkələrin siyahısında daha sonra Vyetnam, ABŞ, Yaponiya, Rusiya və s. var.

 

Planetin su hövzələrindəki nərə balıqlarının 85 faizi  Xəzərdə yaşayır

 

Zəngin fauna və floraya malik olan Xəzər dənizində 101 balıq növü yaşayır. Burada nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var. Bəzi növlərin sayı milyon və milyardlarla hesablanır. Xəzərdəki durnabalığı, xanıbalığı, dabanbalığı şirin su mənşəlidirlər. Onlara başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlinir.

Sıf, çapaq, çəki həm çayda, həm də dənizin şirin sulu hissələrində yaşayır. Yalnız nərəkimilər və siyənəkkimilər dənizin hər yerində yayılıblar və ancaq çoxalmaq üçün çaya girirlər. Dünyadakı nərə balıqlarının təqribən 85 faizi  Xəzər dənizində yaşayır.

Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb. Onların sayı keçən əsrin 80-ci illəri ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb.

Xəzər suitisi dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür. Onların sayı son 20 il ərzində təxminən dörd dəfə azalıb.

 

Ən böyük akvarium Çindədir

 

Dün

yanın bir çox şəhərlərində yaradılan və turistlərin ən çox baş çəkdikləri yerlərdən biri müxətlif balıq növlərinin və su canlılarının yaşadığı akvariumlardır. Beynəlxalq qiymətləndirmələrə görə,  dünyanın ən böyük və ən yaxşı akvariumu Çindəki “Chimelong Ocean Kingdom” akvariumudur.

Bu akvariumda beş balina köpəkbalığı ilə yanaşı, çoxsaylı balıq növləri var. Akvarium özünün çox böyük su ehtiyatı və akvarium pəncərəsinə görə dünya akvariumları arasında seçilir.

ABŞ-da yerləşən “The Georgia Aquarium” akvariumu dünyanın ikinci ən böyük akvariumudur. Bu akvarium dünyanın qərb hissəsinin ən böyük akvariumu sayılır.

Sinqapurdakı  “The S.E.A. Aquarium” (South East Asia Aquarium) akvariumu dünyanın ən yaxşı  və ən böyük üçüncü akvariumudur. Bu, 2014-cü ilədək ümumi su həcminə görə dünyanın ən böyük akvariumu idi.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”  

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM