01:41 26 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:48 26.09.2021

27 sentyabr saat 06:00...


00:45 26.09.2021

Qüdrətin nümayişi


00:37 26.09.2021

27 sentyabr


00:32 26.09.2021

Vətən olan torpaq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı təqdim ediləcək sənəd razılaşdırılıb
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:52 27.07.2021

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun beşinci iclası keçirilib. Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda müvafiq strateji alt məqsədlər üzrə fəaliyyət istiqamətləri və 2021-2025-ci illəri əhatə edəcək Tədbirlər Planının yekun versiyası nəzərdən keçirilib. Strateji hədəflər üzrə baza və hədəf göstəricilərinin müəyyənləşdirilməsinin tam başa çatdırıldığı, habelə digər işçi qrupların hazırladığı sənədlərlə kəsişmələrin aradan qaldırıldığı bildirilib. “Yaşıl enerji məkanı”nın yaradılması məqsədilə qanunverici və tənzimləyici çərçivənin təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, enerji səmərəliliyi, ekoloji təmiz nəqliyyat vasitələrinin və digər yaşıl texnologiyaların tətbiq edilməsi kimi tədbirlərin qlobal trendlər və yerli konyunktura nəzərə alınaraq müəyyən edildiyi vurğulanıb. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə “yaşıl enerji”dən istifadə sahəsində uğurlu nəticələrin əldə olunacağına inam ifadə olunub.

İclasda Strategiyanın müvafiq bölməsinin və Tədbirlər Planının yekun variantının İqtisadiyyat Nazirliyi daxilində fəaliyyət göstərən Strategiyanın hazırlanması ilə bağlı Katibliyə təqdim olunmasına dair qərar qəbul edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM