01 Fevral 2020 03:28
840
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 30 yanvar 2020-ci il tarixli 46 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR № 18/109


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi (səlahiyyətli nümayəndə) Abdullayeva Sevinc Qurban qızı 30 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Qafarov Kəmaləddin Nəsrəddin oğlunun seçkiqabağı təşviqat prosesinə qeyri-qanuni müdaxilə edilməsinə dair həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Həsənov Ülvi Fəxrəddin oğlu və onun səlahiyyətli nümayəndəsi Hüseynov Mehman Rafiq oğlunun hərəkətlərini mübahisələndirmiş, müvafiq tədbir görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə Q.S.Abdullayeva müraciətində qeyd etmişdir ki, 9 saylı Binəqədi ikinci seçki dairəsində deputatlığa qeydə alınmış namizəd Ü.F.Həsənov və onun səlahiyyətli nümayəndəsi M.R.Hüseynov digər qeydə alınmış namizəd K.N.Qafarovun seçkiqabağı təşviqatının ilk günündən ona qarşı qanundan kənar təbliğat kampaniyasına başlamış, öz pozucu hərəkətləri ilə namizədə qarşı kampaniya aparmış və müxtəlif sosial şəbəkələrdə həqiqətə uyğun olmayan böhtan, şər xarakterli məlumatlar yaymış, seçicilərlə keçirilən qapalı və məhəlli görüşlərdə öyrədilmiş şəxslərlə birlikdə görüşün normal kecirilməsinə maneə törətmişlər. O, həmçinin bildirmişdir ki, Ü.F.Həsənov və onun sələhiyyətli nümayəndəsi M.R.Hüseynov K.N.Qafarovun seçkiqabağı təşviqat prosesinə ciddi maneə törədir və namizədin Seçki Məcəlləsi ilə müəyyən olunmuş hüquqlarının pozulmasına yönələn hərəkətlər edirlər.

Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmış, onun araşdırmada iştirakı təmin olunmuşdur.

Araşdırma ilə müəyyən edilmişdir ki, Seçki Məcəlləsinin tələblərinə zidd olaraq deputatlığa qeydə alınmış namizəd Ü.F.Həsənov və onun səlahiyyətli nümayəndəsi M.R.Hüseynov sosial şəbəkələr vasitəsi ilə paylaşılan video görüntülərdə qəsdən digər namizəd K.N.Qafarovun əleyhinə pozuculuq fəaliyyəti göstərir, müxtəlif şəxsləri bu fəaliyyətə qoşaraq onun nüfüzdan salınmasına, həmcinin seçkiqabağı təşviqat hüququnun həyata keçirilməsinə ciddi maneçilik törətməyə çalışırlar. Video görüntülərdən görünür ki, həmin şəxslər qanunla onlara verilmiş seçkiqabağı təşviqat hüquqlarından sui-istifadə edərək Seçki Məcəlləsində nəzərdə tutulmayan və qadağan edilən üsüllarla digər namizədin hüquqlarını pozan hərəkətlər edirlər. Belə ki, paylaşılan videolardan da görünür ki, bir neçə halda M.R.Hüseynov bəlli olmayan bir ərazidə vətəndaşlara yaxınlaşır, ironiyalı şəkildə K.N.Qafarov adlı namizədi tanıyırsınızmı sualını verir və həmin şəxslər də eyni qaydada "yox, tanımırıq” cavabını verirlər, sonra M.R.Hüseynov ikrahla gülür və namizədin nüfuzuna xələl gətirən hərəkətlər edir. Digər bir video görüntüdə M.R.Hüseynov namizəd K.N.Qafarovun kütləvi tədbir yolu ilə seçkiqabağı təşviqatının aparıldığı binanın qarşısında yaşlı bir qadını provokativ suallarla K.N.Qafarovun əleyhinə fikirlər söyləməyə sövq edir, bununla da namizədin seçicilərlə görüşünün pozulmasına şərait yaradan hərəkətlər edir.

Araşdırma prosesində namizəd K.N.Qafarovun kütləvi tədbir yolu ilə seçkiqabağı təşviqatında iştirak etmiş bəzi şəxslərin, o cümlədən vətəndaş Həsənli Muxtar Əli oğlu, Cəmilov Cəlal Fazil oğlu, Muradov Ramil Ramiz oğlunun verdikləri izahatlarla müəyyən edilir ki, Ü.F.Həsənov və M.R.Hüseynov bir qrup qadınları təşviqat aparılan gün binanın kənarında təlimatlandırıb və onlara təşviqatın həyata keçirilməsinə mane olmaq göstərişi vermişlər.

Araşdırma ilə müəyyən olunmuşdur ki, seçki qanunvericiliyinin tələblərini pozan həmin seçki subyektlərinin hərəkətləri Seçki Məcəlləsinin 112-1.11.2-ci və 113.1-ci maddələrinin tətbiqi üçün əsas yaradır. Belə ki, Seçki Məcəlləsinin həmin maddəsində göstərilir ki, namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.

Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməsi və Seçki Məcəlləsinin tələblərinin pozulmasına görə seçki subyektləri barədə qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.11.2-ci, 113.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndə Abdullayeva Sevinc Qurban qızının 30 yanvar 2020-ci il tarixli 46 saylı müraciəti əsaslı olduğundan təmin edilsin.

2. 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Həsənov Ülvi Fəxrəddin oğlu və onun səlahiyyətli nümayəndəsi Hüseynov Mehman Rafiq oğluna xəbərdarlıq edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

31.01.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video