26 Fevral 2020 11:10
1818
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 fevral 2020-ci il tarixli 395 saylı və 24 fevral 2020-ci il tarixli 410 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənli Fariz Ramazan oğlu 2020-ci il fevralın 23-də, Cəlil Nurlana Məhəmməd qızı isə 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətləri ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 39/95 saylı və 22 fevral 2020-ci il tarixli 40/97 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və eyni bir seçki dairəsinin seçki məntəqələrini əhatə etdiyindən koordinator məlumatlandırılmaqla bir icraatda birləşdirilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizədlər F.R.Həsənli və N.M.Cəlil müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat dönəmində lider namizədin xeyrinə inzibati resurslardan istifadə edilmiş, namizədlərə qeyri-bərabər təşviqat imkanları yaradılmış, seçki prosesinə dövlət qurumları müdaxilə etmiş, bəzi seçki məntəqələrində müşahidəçilərin hüquqları pozulmuş, onlara seçkini müşahidə etməyə imkan yaradılmamış, qutulara topa şəklində bülletenlər atılmış, seçki məntəqələri üzrə seçici siyahılarında olmayan şəxslər səs vermiş, seçicilərin sayı süni şəkildə şişirdilmiş, istifadə olunmamış bülletenlər sayılıb ləğv edilməmiş, səsvermə kabinələrinə eyni zamanda bir neçə şəxs daxil olmuş, daşınan qutu ilə bağlı qaydalar kobud şəkildə pozulmuş və digər qanun pozuntularına yol verilmişdir. Müraciətə bir ədəd elektron məlumat daşıyıcısı, 3, 24, 26, 33 və 42 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 5 ədəd protokol və 7 ədəd akt əlavə edilmişdir.

Qeyd olunanlarla əlaqədar F.R.Həsənli və N.M.Cəlil 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, onlara araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, Komissiyanın iclasında iştirakları təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmişdir.

Dairə seçki komissiyası qeyd edilən qərarlarını onunla əsaslandırmışdır ki, araşdır¬ma nəticəsində seçki dairəsinin bəzi seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini sərbəst ifadə etməsinə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədlər F.R.Həsənli və N.M.Cəlilin müraciətləri əsassız olduğundan təmin edilməməlidir.

Müraciətin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Müraciətin hərtərəfli araşdırılması məqsədilə qeydə alınmış namizəd F.R.Həsənlinin təqdim etdiyi 3, 24, 26, 39, 42 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 5 ədəd protokol, 7 ədəd akt və bir ədəd elektron məlumat daşıyıcısında olan məlumatlar, seçki dairəsinin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə dair rəsmi protokol məlumatları, qeydə alınmış lider olmayan 4 namizəddən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçi¬lərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin dairə seçki komissiyasının mübahisə¬ləndirilən qərarı və digər seçki sənədləri ətraflı tədqiq edilmişdir.

Araşdırma zamanı şikayətə əlavə edilən və məntəqə seçki komissiyalarından əldə edilməsi iddia olunan 3, 24, 26, 33 və 42 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair müvafiq qaydada düzgün tərtib və təsdiq olunmuş protokollarının nüsxələri ilə həmin seçki məntəqələri üzrə tərtib edilərək rəsmi təqdim edilmiş protokollar müqayisəli tədqiq edildilər və müqayisəli tədqiqat nəticəsində onlar arasında seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkar edilmədi.

Araşdırma gedişində həmçinin toplanmış seçki sənədlərinin və video görüntülərin təhlili zamanı seçki dairəsinin 24 və 26 saylı seçki məntəqələrində seçicilərin iradələrini sərbəst ifadə etmələrinə maneçilik törədən və bununla da onların iradələrini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, 24 və 26 saylı seçki məntəqələri istisna olmaqla, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları maraqlı seçki subyektlərinə verilmişdir. Bununla da dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də araşdırma zamanı səsvermə günü 24 və 26 saylı seçki məntəqələrində aşkar edilmiş ciddi qanun pozuntuları bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları kimi qiymətləndiril¬məlidir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntula¬rının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən, o cümlə¬dən qeydə alınmış lider olmayan namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan aydın olur ki, 24 və 26 saylı seçki məntəqələri istisna olmaqla, müraciətdə qeyd olunan pozuntuları təsdiq edən hər hansı bir hal aşkarlanmamışdır.

Qeyd olunanlara əsasən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 2, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 47-dir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komis¬siyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyən¬ləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edil¬dikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Beləliklə, səsvermə günü 24 və 26 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən-ləşdirməyə imkan verməyən qanun pozuntularının baş verməsi təsdiqini tapdığına görə şikayətin qismən təmin olunması, həmin seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yarandığından F.R.Həsənli və N.M.Cəlilin müraciəti qismən təmin edilməli, 24 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılmalı, dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 39/95 saylı və 22 fevral 2020-ci il tarixli 40/97 saylı qərarları həmin seçki məntəqələrinə aid hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdiril¬mədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənli Fariz Ramazan oğlunun 23 fevral 2020-ci il, Cəlil Nurlana Məhəmməd qızının 24 fevral 2020-ci il tarixli 410 saylı müraciətləri qismən təmin olunsun, həmin seçki dairəsinin 24 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 39/95 saylı və 22 fevral 2020-ci il tarixli 40/97 saylı qərarları 24 və 26 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video