21 Fevral 2020 05:15
842
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 251 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 28/318


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanov Cavidan Əlislam oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət etməklə həmin seçki dairəsi dairə seçki komissiyasının 52/173 saylı qərarını mübahisələndirərək qeydə alınmış digər namizəd Hacıyev Emin Məcid oğlunun Rusiya Federasiyası vətəndaşı və bu ölkə qarşısında öhdəliyinin olub-olmamasının araşdırılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd C.Ə.Aslanov müraciətində 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıyev Emin Məcid oğlunun Rusiya Federasiyasının vətəndaşı və bu ölkə qarşısında öhdəliyinin olmasını iddia etmişdir.

Dairə seçki komissiyasından C.Ə.Aslanovun müraciətinin araşdırılmasına dair mübahisələndirilən qərar və digər materiallar alınaraq araşdırılmışdır.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, qeydə alınmış namizəd E.M.Hacıyevin Rusiya Federasiyasının vətəndaşı və bu ölkə qarşısında öhdəliyinin olub-olmamasının araşdırılması ilə əlaqədar dairə seçki komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etmiş, iddia edilən bu hal nazirlik tərəfindən təsdiq edilməmişdir.

Araşdırma ilə əlaqədar E.M.Hacıyevin namizədliyinin qeydə alınmasına dair dairə seçki komissiyasına təqdim etdiyi sənədlərə baxış keçirilmiş və onun öz imzası ilə təsdiq etdiyi öhdəlik ərizəsində ikili vətəndaşlığının və başqa dövlət qarşısında öhdəliyinin olmadığını göstərməsi müəyyən edilmişdir.

Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyası qeydə alınmış namizəd E.M.Hacıyevin ikili vətəndaşlığının, başqa dövlət qaşısında öhdəliyinin olmaması ilə bağlı düzgün nəticəyə gələrək qeydə alınmış namizəd C.Ə.Aslanovun müraciətinin təmin olunmamasına dair qərar vermişdir.

Göstərilənlərə əsasən namizəd C.Ə.Aslanovun müraciətində qeyd olunanlar təsdiqini tapmadığından müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanov Cavidan Əlislam oğlunun 17 fevral 2020-ci il tarixli 251 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

20.02.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video