20 Fevral 2020 03:38
876
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 fevral 2020-ci il tarixli 232 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR № 27/305


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə müşahidəçi olmuş Cavadzadə Tural Yusif oğlu 2020-ci il fevralın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 15 fevral 2020-ci il tarixli 22/70 saylı qərarını mübahisələndirmiş, 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak, həmçinin digər hüquqlarının olması izah edilmiş, Komissiyanın iclasında iştirak etməyə dəvət olunmuş, ancaq gəlməmişdir.

Ərizəçi 21 saylı Nəsimi birinci seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək səsvermə günü yuxarıda göstərilən seçki dairəsinin 9 saylı seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulduğunu iddia etmiş, həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, dairə seçki komissiyasının sözügedən müraciətə baxılan iclasında iştirakı təmin olunmamış və 15 fevral 2020-ci il tarixli 22/70 saylı qərarı ilə əsassız olaraq şikayəti təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər tələb edilərək alınıb araşdırılmışdır.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü şikayətçinin müşahidə apardığı 9 saylı seçki məntəqəsində müxtəlif siyasi partiyaları və öz təşəbbüsü ilə qeydə alınmış namizədləri təmsil edən 9 müşahidəçinin birgə tərtib etdikləri aktdan və məntəqə seçki komissiyası üzvlərinin, o cümlədən məşvərətçi səs hüquqlu komissiya üzvünün izahatlarından müəyyən edilir ki, şikayətçinin iddia etdiyi pozuntular baş verməmişdir.

Eyni zamanda dairə seçki komissiyasının qərarında göstərilir ki, seçki günü 9 saylı seçki məntəqəsində müşahidə aparmış müşahidəçilərdən qanun pozuntusu ilə bağlı hər hansı bir müraciət daxil olmamış, həmin gün seçki məntəqəsində olmuş beynəlxalq müşahidəçilərlə söhbət zamanı T.Y.Cavadzadə tərəfindən heç bir qanun pozuntusu olmaması barədə məlumat verilməsi halı digər müşahidəçilərin izahatlarında göstərilmişdir.

T.Y.Cavadzadənin müraciəti ilə bağlı səsvermə günü sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilərək 9 saylı seçki məntəqəsi ilə bağlı hər hansı bir paylaşmanın olmadığı müəyyən edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası 9 saylı seçki məntəqəsində müşahidəçi olmuş T.Y.Cavadzadənin müraciətini obyektiv və hərtərəfli araşdıraraq təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

T.Y.Cavadzadə tərəfindən dairə seçki komissiyasının qərarından verilmiş şikayətin təmin edilməsi və həmin qərarın ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır. Göstərilənlərə əsasən müraciət əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə müşahidəçi olmuş Cavadzadə Tural Yusif oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 fevral 2020-ci il tarixli 232 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/70 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

19.02.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video