27 May 2020 21:58
1942
Elm və texnika
A- A+

1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur


1918-1920-ci illərdə ərəb qrafikası ilə Azərbaycan dilində nəşr olunmuş "Azərbaycan” qəzetindəki materiallar milli müstəqillik tariximizin tam mənzərəsinin ortaya qoyulması baxımından böyük əhəmiyyət daşıyır. Qəzetin səhifələrində Azərbaycan hökumətinin qərarları, parlament üzvlərinin çıxışları, bölgələrdə və paytaxtda baş verən hadisələrin təfərrüatları və təhlilləri, xatirələr, Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri və sair məlumatlar əksini tapıb.

ADA Universitetindən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı filoloqlar – Türkiyǝnin Mǝrmǝrǝ Universitetinin dosenti Mehdi Gǝncǝli vǝ Azad Ağaoğlu "Azərbaycan” qəzetini (1918-1920) müasir əlifbaya transliterasiya edərək çoxcildlik şəklində çapa hazırlanması tǝşǝbbüsü ilə çıxış ediblər. Qəzetin bütün nömrələrinin müasir əlifbaya köçürülmǝsi, çətin anlaşılan söz və ifadələr lüğəti, qeyd və izahlar, xüsusi adlar göstəricisinin ǝlavǝ edilmǝsi ilə nəşrǝ hazırlanması nǝzǝrdǝ tutulur. Cümhuriyyət dövrü tarixinin öyrənilməsi üçün çox vacib olan bu nəşr tarixçilər, filoloqlar, mətnşünaslar, mənbəşünaslar və digər mütəxəssislərlə yanaşı, yaxın tariximizlə maraqlanan hər kəs üçün qiymətli və etibarlı bir məxəz olacaq.

ADA Universitetinin rəhbərliyi və elmi heyəti bu təşəbbüsü müsbǝt qarşılayaraq, müxtəlif mərhələlərdə layihəni dəstəkləmək niyyətində olduqlarını bildiriblər.

Bu tǝşǝbbüs çǝrçivǝsindǝ "Azərbaycan” qəzetinin 1919-cu il 28 may tarixli "bayram nömrəsi” transliterasiya olunaraq ictimaiyyətə təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video