01 Avqust 2021 01:40
845
İQTİSADİYYAT
A- A+

190 ölkə arasında 28-ci

 

“Doing business- 2020” hesabatında Azərbaycan 6 pillə irəliləyib

 

Azərbaycan son dövrlər, bir qayda olaraq, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının açıqladığı hesabatlarda islahatçı ölkə kimi dəyərləndirilir ki, bu da, ilk növbədə, aparılan uğurlu iqtisadi islahatların nəticəsidir. Məhz bu islahatlar sayəsində Azərbaycanda son

dövrlər bir çox yeni istehsal sahələri yaranır, məhsul istehsalı artır və həmin məhsulların dünya bazarına ixrac həcmi və coğrafiyası genişlənir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı”nın xüsusi buraxılışı da Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində ölkənin 2021-ci ildə beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinə həsr olunub. Hesabatda göstərilir ki, Azərbaycanın mövqeyi “Doing business - 2020” hesabatında 6 pillə yüksələrək 190 ölkə arasında 28-ci olub. “Heritage Fondu” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi - 2021” hesabatında isə Azərbaycan 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. 2021-ci ildə açıqlanmış Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “Qlobal kibertəhlükəsizlik indeksi - 2020”də də Azərbaycan 15 pillə irəliləyib. Bunlardan əlvə, Uşaq Hüquqları Fondu və Erasmus Rotterdam İnstitutunun “Uşaq Hüquqları İndeksi - 2021” hesabatına görə, Azərbaycan 2020-ci illə müqayisədə 3 pillə önə keçib. UNESCAP-ın “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə də Azərbaycan regionda liderliyini qoruya bilib.

Həyata keçirilən islahatların əsas məqsədi ölkənin neftdən asılılığını aradan qaldırmaqla qeyri-neft sektorunun şaxələndirilməsinə nail olmaqdır. Bu sahədə ciddi irəliləyişin olduğunu demək mümkündür. Bu gün ölkəmiz qeyri-neft sektorunda təkcə sənaye və kənd təsərrüfatı məhsulları istehsal və ixrac etmir. Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinə xas olan intellektual məhsulun ixracını da həyata keçirir. Təkcə 2021-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 22 milyon dollar dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac olunub. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2021-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 2,6 milyon dollar dəyərində xidmət göstərib.

İcmalda qeyd edilir ki, ilin ilk 6 ayı ərzində Azərbaycanın ixracının dəyəri 8,8 milyard, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb. Bu dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13,2 faizə qədər artıb. Adambaşına düşən qeyri neft-qaz ixracında artım müşahidə edilib. Belə ki, bu göstərici 2017-ci ilin ilk 6 ayı üzrə 82, 2018-ci ildə 94, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin ilk 6 ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.

Normallaşma prosesinin davam etdiyi iyun ayı üzrə xarici ticarətin dəyəri 2,4 milyard dollar olmaqla, mövcud dövr ərzində ölkə üzrə ixracın dəyəri 1,4 milyard, idxalın dəyəri isə 997,1 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 33,7 faiz təşkil etməklə 254,9 milyon dollar olub. Habelə iyun ayında qeyri-neft ixracının ümumi ixracda payının təxminən 20 faizə yaxınlaşmasını da əlamətdar hadisə kimi qeyd edə bilərik.

İsmalda o da göstərilir ki, cari yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında tomat (pomidor) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci, qızıl isə üçüncü yerdə qərarlaşıb. Həmin dövrdə Rusiyaya 403,8 milyon, Türkiyəyə 309,5 milyon, İsveçrəyə 117,6 milyon, Gürcüstana 80,2 milyon və ABŞ-a 30,3 milyon dollar dəyərində qeyri-neftin məhsulları ixrac edilib. İyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında isə Rusiya birinci, Türkiyə ikinci və İsveçrə üçüncü olub.

 “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyun ayları üzrə həyata keçirilən ixracla bağlı qeyri-dövlət və dövlətə məxsus ixracatçı subyektlərin reytinqi də tərtib edilib. Həmin reytinqdə ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Local Garden” MMC, “P-Aqro” MMC, “Baku Steel Company”, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Fruitland” MMC və “Agro-Land-Az” QSC şirkətləri qərarlaşıblar.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra siyahıda “Socar Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “Caspian Geo” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti şirkətləridir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video