01 Avqust 2021 01:35
785
DÜNYA
A- A+

14 min alim iqlim dəyişikliklərinə qarşı qəti mübarizə tələb edir

 

150 ölkədən olan 14 mindən çox alim iqlim böhranı ilə əlaqədar siyasətdə təcili dəyişikliklər edilməsinə çağırmışdır. Onlar “BioScience” jurnalında dərc olunmuş məqalədə vurqulayırlar ki, bu dəyişikliklər Yer üzündə həyatın qorunması üçün son dərəcə aktualdır. Söhbət mədən növlü yanacaqdan imtina edilməsindən və biomüxtəlifliyin daha yaxşı müdafiə olunmasından getməlidir.

Yazının müəllifləri 2 il öncə də analoji məktubda “iqlim sahəsində yaranmış qlobal fövqəladə vəziyyət” barədə xəbərdarlıq etmişlər. O vaxt tədqiqatçılar bildirmişlər: “Əgər insanların iqlimin dəyişməsinə rəvac verən istixana qazlarının tullantıları və digər faktorlarla bağlı davranışı fundamental şəkildə və birdəfəlik dəyişməsə, sözlə ifadə olunmayan insan əzablarının qarşısını almaq bundan sonra mümkün olmayacaq”.

Həmin vaxtdan bəri daşqınlar, yanğınlar, Yer atmosferi temperaturunun kəskin yüksəlməsi kimi çoxsaylı hadisələr baş vermişdir. Və bunlar aydın şəkildə hazırkı siyasətin davam etməsinin fəsadlarını göstərmişdir. Məsələn, tədqiqatçıların məlumatına görə, ötən il meteomüşahidələr tarixində ikinci ən isti il olmuşdur. Cari ilin aprel ayında iqlim üçün ziyanlı olan karbon qazı və metanın Yer atmosferində konsentrasiyası əvvəlki dövrlərlə müqayisədə daha yüksək olduğu qeydə alınmışdır.

Müraciət müəlliflərindən biri, ABŞ-ın Massaçusets ştatındakı “Woodwell Climate Reesearch Center” Elmi Mərkəzinin mütəxəssisi Filip Daffiinin fikrincə, son bir neçə il və hətta son bir neçə həftə ərzində müşahidə olunan ekstremal iqlim hadisələri böhranla mübarizənin dərhal başlanmasını labüd edir.

Tədqiqatçılar Yerin vəziyyətinin göstəricisi, o cümlədən buzlaqların qalınlığı, dəniz buzunun və meşələrin sahəsi kimi 31 “həyati əhəmiyyətli vacib indikator”u öyrənmişlər. Onlar 31 parametrdən 18-də neqativ rekord göstəricilər qeydə almışlar. Məsələn, buzlaqlar 15 il əvvəl olduğundan 31 faiz sürətlə əriyir. Qlobal dəniz səviyyəsi və dəniz suyunun temperaturu indiyədək heç vaxt olmadığı kimi yüksəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video