27 Dekabr 2021 14:50
764
PARLAMENT
A- A+

Zorakılıqla bağlı cinayət hadisələrinin sayı 9 faiz azalıb

 

Qlobal pandemiya ilə bağlı dünyanın əksər ölkəsində qadınlara qarşı cinayətlərin sayının artmasına baxmayaraq, Azərbaycanda həmin əməllərin, o cümlədən zorakılıqla bağlı cinayət hallarının sayı 2019-cu il ilə müqayisədə 9 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisdə dinlənilən hesabatında öz əksini tapıb.

Hesabatda bildirilir ki, ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ сavab tədbirləri ilə 10.587 hüquqazidd əməlin qarşısı alınıb.

2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5176, o cümlədən zorakılıqla müşayiət olunan 2067 cinayət hadisəsi qeydə alınıb. Həmin cinayətləri törətmiş 2414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 973-ü qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində baş verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video