04 Iyun 2022 00:19
1845
ELANLAR
A- A+

Zəngilanda "Azercell"in ilk rəsmi diler mağazası

 

Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramının nəzərdə tutduğu Regional İnfrastruktur Layihələrində aparıcı oyunçulardan biri olan "Azercell Telekom" bu sahədə növbəti əhəmiyyətli addımını atır.

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə uyğun olaraq lider mobil operator Zəngilanın Ağalı kəndində ilk rəsmi diler mağazasını abunəçilərinin istifadəsinə verir. 

Qürurverici haldır ki, işğaldan azad olunmuş tarixi ərazilərimizdə ilk rəsmi satış və xidmət məntəqəsinin açılışı Zəngilanda ötən ildən başlayaraq intensiv şəkildə həyata keçirilən "ağıllı kənd" (Smart Village) layihəsinin ölkə prezidentinin bilavasitə iştirakı ilə keçirilən təntənəli açılışına təsadüf etdi.  

Qeyd edək ki, "Azercell"in bu regionda təqdim etdiyi mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edəcəklər. Nəzərə çatdıraq ki, Ağalı kəndində yerləşən diler dükanında şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər abunəçi əməliyyatlarının icrası mümkündür. Həmçinin paytaxt və digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarında olduğu kimi, burada da abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.

Xatırladaq ki, daha öncə aprel ayında "Azercell" Müştəri Xidmətləri komandası azad olunmuş ərazilərimizdə şirkətin şəbəkəsindən faydalanan abunəçilərə dəstək göstərmək təşəbbüsü ilə Zəngilanın Ağalı kəndinə, eləcə də Şuşa, Cəbrayıl, Qubadlı və Kəlbəcərə səfər edərək abunəçilərə ödənişsiz xidmət göstəriblər. 

"Azercell"in əsas vəzifəsi məqsədi işğaldan azad edilmiş ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək bu ərazilərə qayıdacaq əhalini mobil internet qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video