"Yuxumuz bitdi"
İran yığmasının baş məşqçisi Karluş Keyruş Dünya çempionatının qrup mərhələsinin III turunda ABŞ-yə qarşı keçirdikləri oyunu şərh edib.
Portuqaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzaraq mundialla vidalaşdıqları matçla bağlı bunları deyib: "Futbol hər zaman qol vurmayanı cəzalandırır. İlk hissə onlar, fasilədən sonra biz yaxşı oynadıq. Müdafiəmiz yaxşı performans göstərə bilmədi. Nəticədə yuxumuz bitdi". Keyruş İran futbolçusunun təhdid edilməsi iddialarına da münasibət bildirib: "Axmaqlıqlar və yalanlarla dolu bir dünyada yaşayırıq. İki saat içində ağılsız bir şey reallığa çevrilir. Mən jurnalist deyiləm, amma belə şeylərdən dərs çıxarmalıyıq".
Qeyd edək ki, İran B qrupunu 3-cü sırada bitirib və mundialla vidalaşıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyədə zəlzələ: 6234 nəfər həlak olub, 37 mindən çox insan yaralanıb VİDEO
08 Fevral
Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı
08 Fevral
Gədəbəydə qarlı şaxtalı hava müşahidə edilir, yollara qum-duz qarışığı səpilir
08 Fevral
Prezidentin tapşırığına uyğun olaraq, FHN-in xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düş...
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində olub...
08 Fevral
Qaxda qar örtüyünün hündürlüyü 45 santimetrə çatıb
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə ...
08 Fevral
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb VİDEO
08 Fevral
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
08 Fevral
Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!