06 Avqust 2024 09:31
4706
Oxucu məktubları
A- A+
Yollar təmir olunarsa ...

Yollar təmir olunarsa ...

 

Yay başlayandan istirahət üçün üz tutulan rayonlardan biri də Xızıdır. 30 kilometrlik dağ yolu ilə rayon mərkəzinə çatırsan. Altıağac qoruğunun təbiəti, təmiz və sərin havası paytaxtın havasından həmişə 5-10 dərəcə fərqlənir. 
Biz hər yay tətilimizi Xızıda keçiririk. Ötən ilin yayından bu günədək keçən zamanda Xızının istirahət mərkəzləri daha da yaxşılaşıb, mətbəx menyuları bir qədər də zənginləşib. Amma yağan yağışlar yollarda bir qədər problem yaradıb. Altıağac istirahət mərkəzinə doğru uzanan yolda çoxlu çökmə və dağılma var. Maşınların altı bəzi çuxurlarda asfalta da dəyir. 
Yeri gəlmişkən, yolboyu göstərici lövhələrinin çoxunun rəng solğunluğu da müşahidə olunur. Tapmaq istədiyin istirahət mərkəzini xeyli axtarmalı olursan. Reklam lövhələrində yalnız bir neçə mərkəzin adı var. Turistləri özünə cəlb edəcək, maraqlandıracaq lövhələr isə yox dərəcəsindədir.
Bütün bu gileylər aradan qaldırılsa, məncə buralara yolu düşən başqa yerlər haqqında düşünməz. 
Hörmətli redaksiya! Ümidvarıq ki, qeyd etdiyimiz iradlar çox qısa zamanda əlaqədar təşkilatlar tərəfindən öz həllini tapacaqdır. 

Xamis BƏŞİROV,
Xızı rayonunun sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

Səmaların Leylası... 

09:05
17 Sentyabr

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

09:00
17 Sentyabr

"Şeyx Alı"nın ayağı düşərli oldu 

08:55
17 Sentyabr

"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb

08:50
17 Sentyabr

Hindistan səfiri Lənkəranda olub 

08:45
17 Sentyabr

Meyvə festivallarının sırasına biri də əlavə edildi

08:40
17 Sentyabr

Sahilin başına "oyun açan" Xəzər 

08:35
17 Sentyabr

Yanardağın "sirləri" 

08:30
17 Sentyabr

Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan... 

08:25
17 Sentyabr

Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?

08:20
17 Sentyabr

Şvabenin ermənipərəstliyi

08:15
17 Sentyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:10
17 Sentyabr

Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

08:05
17 Sentyabr

Azərbaycan nümunəsi

08:00
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!