16 Sentyabr 2024 21:51
2393
Təhsil
A- A+
Yeni dərs ili başladı

Yeni dərs ili başladı

 
133 mindən çox uşaq birinci sinfə qədəm qoyub
 
Bu gün yeni dərs ili başlayıb. Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib. Bu tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib.
Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti nəticəsində həyata keçirilən bu tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil siyasətinin davamıdır. 
Elm və Təhsil Nazirliyindən  verilən məlumata görə, 2024-2025-ci tədris ilində ölkə üzrə ümumtəhsil məktəblərində 133 mindən çox uşaq birinci sinifdə təhsil alacaq, 89 mindən çox uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
Bakı şəhəri Suraxanı rayonu Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbdə də bugün Bilik Günü bayram əhvalında qeyd olunub. 
Bu təhsil ocağında 140 nəfər şagird bugün 1-ci sinfə gedib. 
1987-ci ildən ibtidai sinif müəllimi işləyən İradə İsmayılova həmin məktəbin 1a sinfinin rəhbəridir. Bu il artıq 10-cu sinfini qəbul edən İradə xanım bizimlə maraqlı təəssüratlarını bölüşdü. O,  qeyd etdi ki, məktəbə ilk qədəmlərini qoyan bu balaların uğurlu gələcəyini, eləcə də yurdumuza layiqli vətəndaş olmalarını təmin etmək üçün ən vacib məqam onlarla daha çox ünsiyyətdə olmaq, onları səbrlə dinləmək, fikirlərinə hörmətlə yanaşmaq, həmçinin mûəllim-valideyn münasibətlərini  sıx qurmaq vacibdir. İbtidai sinif insan həyatında mühüm mərhələdir. Məhz buna görə də bu dövrü həm müəllim, həm də valideyn səbrlə, təmkinlə başa vurmalıdır.  Əks halda istədiyimiz nəticənin əldə edilməsinin mümkün olmadığını vurğalayan İradə xanım müəllim olaraq bugün fəxr etdiyi neçə-neçə şagirdinin təhsil işçisi, həkim, alim kimi  həyatda özünə yer tutmasını ən böyük xoşbəxtlik kimi dəyərləndirir.
Bu uğurlarda həm müəllimin və şagirdin, həm məktəbin, əlbəttə, həm də valideynlərin payı danılmazdır. Bunlar hamısı bir-birinə çox sıx bağlıdır.
38 ildir məsuliyyətli və şərəfli peşəsini layiqincə davam etdirən İradə müəllimə deyir: “Bu çətin və şərəfli peşəni sevərək başlamışam və sevərək də davam etdirirəm. Bu yolla irəlilədikcə şahidi olmuşam ki, qarşılaşdığımız hər bir çətinliyi əzmlə, səbirlə dəf edərək uğurlara imza atırıq və zəhmətimizin bəhrəsini görürük. Beləliklə, işıqlı gələcəyimiz naminə hamımız birgə, çiyin-çiyinə, səbr və təmkinlə çalışmalıyıq”.
Qeyd edək ki, bu il ali məktəbə qəbul imtahanında 146 saylı məktəbin 11-ci sinif şagirdi Qasımova Fatimə Elxan qızı 691 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişdir. Bu uğurun qazanılmasında məktəb rəhbərliyinin və müəllim heyətinin böyük payı var.
Yeni tədris iliniz mübarək!


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB 

15:22
08 Oktyabr

Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub

15:19
08 Oktyabr

Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2 

15:18
08 Oktyabr

Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub

15:15
08 Oktyabr

Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

15:03
08 Oktyabr

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir

14:32
08 Oktyabr

Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır

14:32
08 Oktyabr

Fransız dilinin mövqeyi zəifləyir

14:23
08 Oktyabr

Sabahın havası: Günəş də var, yağış da var, külək də...

14:22
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır  

14:14
08 Oktyabr

Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib

14:13
08 Oktyabr

Doqquz ayda 25 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub

14:11
08 Oktyabr

Taha Ayxan: İstərdik ki, Azərbaycan halal biznes və turizm sahəsində öz liderliyini qoruyub saxlaya bilsin

14:01
08 Oktyabr

Cari ilin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 900 milyard dolları ötüb  

13:56
08 Oktyabr

10 milyon hektar bitki örtüyü məhv oldu  

13:45
08 Oktyabr

Aydın Kərimov: Şuşa şəhər xəstəxanasının tikintisi yaxın vaxtlarda başa çatacaq  

13:45
08 Oktyabr

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır  

13:21
08 Oktyabr

Səhiyyə naziri: İKT-nin tətbiqi TDT çərçivəsində sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir  

12:36
08 Oktyabr

Nazir müavini: Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq  

12:35
08 Oktyabr

Nazir: Tələbələr təhsil dövründə işaxtaran deyil, iş yeri yaradan şəxslər olmalıdır

11:59
08 Oktyabr

Alimlər: XXI əsrdə 100 yaşına çatan insanların sayı azalacaq

11:53
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!