08 Dekabr 2021 20:02
439
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası İCAPP-ın tədbirində təmsil olunub

 

Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) iqlim dəyişikliyinə dair "Xalis sıfra nail olmaq yönündə siyasi partiyaların rolu" mövzusunda keçirilən xüsusi videokonfransında iştirak edib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İCAPP-ın təsisçisi və həmsədri Xose de Venesianın açılış nitqindən sonra BMT-nin 8-ci Baş katibi, Qlobal Yaşıl İnkişaf İnstitutunun sədri Pan Gi Mun çıxış edib.

Tədbir “Xalis sıfra” çatmaq üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın dəstəklənməsi” və “Xalis sıfra” çatmaq üçün siyasi partiyaların regional və qlobal fəaliyyətlərinin gücləndirilməsi” adlı sessiyalarla davam edib. Birinci sessiyada çıxış edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi S.Qurbanov iqlim dəyişikliyi ilə mübarizədə yaşıl texnologiyalardan, alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, davamlı inkişaf və iqlim dəyişiklikləri məqsədlərinin həyata keçirilməsinə özəl sektorun cəlb edilməsi Azərbaycan Respublikası hökumətinin daim diqqət mərkəzindədir. Son onilliklərdə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan fəaliyyətlərdən biri də meşəbərpa və meşəsalmadır. Həmçinin YAP-ın təşəbbüsü ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində minlərlə hektar yaşıllıq örtüyü yaradılıb.

Tədbirin sonunda iqlim dəyişikliyi ilə mübarizədə siyasi partiyaları fəal olmağa çağıran Bəyanat qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video