05 Aprel 2022 14:40
1393
CƏMİYYƏT
A- A+

Yazın ilk təamlarından biri

 

Yazın əvvəllərində yerdən topa-topa çıxan çirişin yarpaqları yaşıl rəngin ən tünd çalarlarında olur, formasına görə erkən yazda qar altından boy göstərən nərgizi xatırladır. Kökləri kəndirəbənzər, təxminən 25 santimetr uzunluğunda olur və lətlidir. Sarı və qırmızı rəngdə olan çiçəkləri gözəl görünüşə malikdir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, çiriş aprel ayında çiçəkləyir, iyun ayında isə toxum verir. Orta dağ qurşağından, yüksək dağ qurşağına qədər daşlı-çınqıllı yamaclarda və kolluqlarda yayılır. Onu mart-aprel aylarında yarpaqları 6-15 santimetr uzunluğunda olarkən toplayırlar. Lakin havalar mülayim keçəndə fevralın axırlarında da yığmaq olar. Həmin vaxt bitkinin yarpaqları selik və C vitamini ilə zəngin olur.

Çiriş köklərindən hazırlanan yapışqandan cildləmədə, papaq və çəkmə istehsalında istifadə edilir və həmin yapışqana su dəyməyəndə uzun illər öz keyfiyyətini saxlayır.

Xalqımızın qədim kulinariya mədəniyyətində çirişdən hazırlanan kətə və qutab özünəməxsus dadı ilə seçilir. Kətə və qutab bişirmək üçün ona soğan, dağkeşnişi və quzuqulağı əlavə edilərək doğranır, qarışığa azacıq duz qatılaraq adi qaydada kətə, yaxud qutab bişirilir. Çiriş kətəsi mədə-bağırsaq, xüsusən kolit xəstəliyi zamanı müsbət təsir göstərir.

Çirişin yarpaqlarından hazırlanan buğlama, sıyıq, kətə, qutab və başqa xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmlənməsi üçün daha çox faydalıdır.

Çiriş tozu təzə beçə balı ilə qaynadılır və azacıq qatılaşana yaxın götürülür. Hazırlanan məlhəm sınıq və çıxıqlarda, çiban və dolama tipli irinli yaraların müalicəsində istifadə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video