11 Avqust 2022 00:42
475
İQTİSADİYYAT
A- A+

"Yaylaq fındığı" yığılır

 

Son illər Azərbaycanda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrinin - tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına xüsusi diqqət göstərilir. Fındıqçılıq Qax rayonunda da kənd təsərrüfatının əsas sahələrindəndir. 

Prezident  İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin avqust ayında Qaxda keçirilən respublika müşavirəsindən sonra qaxlı fermerlər və fərdi təsərrüfat sahibləri fındıqçılığa göstərilən dövlət dəstəyindən bəhrələnərək bu sahəni daha da inkişaf etdirmişlər.

Hazırda Qaxda 10186,9 hektar fındıq bağı var. Bunun 6228 hektarı bar verən, 3958,9 hektarı yeni salınan bağlardır. Yeni salınan bağların 678 hektarını intensiv (damcı üsulu ilə suvarılan) bağlar təşkil edir.

Aqrar subsidiyaların verilməsi bağlara qulluq edilməsini xeyli yaxşılaşdırıb. Bunun nəticəsində məhsul boldur. Ötən il  rayonun fındıq bağlarından 5293,8 ton məhsul əldə edilmişdir. Cari ildə bağlarda məhsul daha çoxdur.

Bu günlər rayonda "yaylaq fındığı"nın yığılmasına başlanılıb. Fermerlərimiz bu il ötən ildəkindən iki dəfə çox məhsul toplayacaqlarını deyirlər. Fındıq bağlarından ən azı 10 min ton məhsul gözlənilir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video