Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Erməni qəsbkarları 27 sentyabr 2020-ci ildə təxribat törədib torpaqlarımıza hücum çəkəndə Vətən qeyrəti çəkən oğullarımız yurdumuzun müdafisinə qalxdılar.
44 günlük Vətən müharibəsində iştirak edən, erməni işğalçılarına qarşı cəsarətlə vuruşan oğullarımızdan biri də İbrahimli Kənan Azad oğlu idi. Yoldaşları arasında səmimiyyəti, ziyalılığı ilə seçilən Kənan İbrahimlinin Qarabağda şücaət göstərəcəyinə bəlkə də doğmalarından başqa heç kim inanmazdı. Amma o, - sakit təbiətli, mülayim xarakterli, nümunəvi davranışı, tərbiyəsi ilə fərqlənən Kənan Vətən müharibəsində igidliyinə görə çoxlarına örnək oldu. Erməni qəsbkarları ilə cəsarətlə döyüşdü, üzərinə düşən döyüş tapşırığını bacarıqla yerinə yetirdi. İndi doğulduğu kəndin təkcə yaşlıları, cavanları yox, uşaqları da Kənanın qəhrəmanlığı ilə öyünüb fəxr edirlər...
İbrahimli Kənan Azad oğlu 1999-cu il mayın 28-də Cəlilabad rayonunun Adnalı kəndində dünyaya göz açıb. 2005-ci ildə məktəbə gedib. Dərslərə böyük maraq göstərib. Mülayim xasiyyəti ilə başqalarından seçilib. Mədəniyyəti ilə yaşıdları arasında sevilən bu sakit oğlan orta məktəbin təhsili ilə kifayətlənməyib. Təhsilini Masallı Dövlət Regional Kollecində davam etdirib. Sabahın bacarıqlı mütəxəssisi olmaq üçün yeni-yeni biliklərə yiyələnib.
Kənan İbrahimli 2017-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Həmin ayın 15-də Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Oxuduğu təhsil müəssisələrində seçildiyi kimi, hərbi xidmətdə də fərqlənməyi bacarıb. Xidmətinin ilk günlərindən minaatan qurğusunun sirlərinə dərindən yiyələnməyə başlayıb. Təlimlərdə fəal iştirak edən Kənan kifayət qədər döyüş təcrübəsi toplayıb. Xidmətdə fərqləndiyinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.
Həqiqi hərbi xidmətini 2019-cu ilin yanvarında başa vuran Kənan İbrahimli yenidən tələbəlik həyatına qayıdıb, yarımçıq qalmış təhsilini davam etdirib. Erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda yenidən ordu sıralarına yazılıb.
Sentyabrın 27-də döyüşlərin ilk günündən ordu sıralarında olan Kənan Hadrut qəsəbəsiinin azadlığı uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Hadrutun azadlığı uğrunda cəsarətlə vuruşub. Həmişə döyüş yoldaşlarına ürək-dirək verib, onları qələbəyə ruhlandırıb. Ön mövqedə 4 nəfərlə düşmənə qarşı vuruşarkən İbrahimli Kənan Azad oğlu şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində düşmən geri oturdulub. Kənan ölümü ilə bir neçə hərbçi yoldaşını xilas edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə döyüşlərdə göstərdiyi igidliyə və cəsarətə görə ölümündən sonra İbrahimli Kənan Azad oğlu "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Əsgər Kənan İbrahimli kimi cəsur oğullar heç vaxt unudulmayacaq. Azərbaycan xalqı onları həmişə hörmətlə xatırlayacaq. Yaxınları, dost-tanışları bu igidlərin qəhrəmanlığı ilə həmişə fəxr edəcəklər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb
Hindistan səfiri Lənkəranda olub
Meyvə festivallarının sırasına biri də əlavə edildi
Sahilin başına "oyun açan" Xəzər
Yanardağın "sirləri"
Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan...
Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?
Şvabenin ermənipərəstliyi
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi
Azərbaycan nümunəsi
Azercell abunəçilərinin nəzərinə
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!