03 Avqust 2024 07:57
298
CƏMİYYƏT
A- A+
"Yaşıl Könüllülər" layihəsinə yekun vurulub

"Yaşıl Könüllülər" layihəsinə yekun vurulub

 

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən "Yaşıl Könüllülər" layihəsinə yekun vurulub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən və üç ay davam edən layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla yanaşı, fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarət olub.


İctimai Birliyin mətbuat katibliyindən AZƏRTAC-a verilən məlumata görə, layihənin açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və BMT Könüllülərinin Azərbaycan üzrə koordinatoru Nahid Quliyev çıxış ediblər. Qonaqlar çıxışlarında layihə ilə bağlı fikirlərini bildirərək, bu istiqamətdə təcrübələrini bölüşüblər. Layihə çərçivəsində Bakı şəhərində dörd gün ərzində 50 nəfərə yaxın iştirakçıya ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənovun "COP29, Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və imkanlar", BMT Könüllülərinin Azərbaycan üzrə koordinatoru Nahid Quliyevin "İqlim dəyişikliyinə və cəmiyyətin davamlılığına könüllülüyün töhfəsi", "AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri" şirkətinin layihələr üzrə meneceri Pərvanə Xıdırovanın "Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu, ekspert Günel Əmrahovanın "Planet yoxsa Plastik" və "Təmiz şəhər ASC"nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarovun "Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə edilməsi zamanı üzərimizə düşən öhdəliklər, təkrar emal, EKOsahibkarlıq imkanları" mövzularında məruzələri dinlənilb, iştirakçıların sualları cavablandırılıb. Görüşlərdə iştirakçılar komanda işinə cəlb olunaraq öz ideyalarını və layihələrini təqdim ediblər. Ən yaxşı layihə təqdimatına ekspertlər tərəfindən hədiyyələr təqdim olunub.
Layihənin sonuncu günü "Yaşıl Könüllülər" layihəsinin iştirakçıları üçün "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən "Tullantıdan sənətə" muzeyinə infotur təşkil olunub. İştirakçılar məişət tullantıları və lazımsız əşyalardan istifadə edilməklə hazırlanmış sənət əsərlərinin təqdim edildiyi əl işləri ilə tanış olublar.
Bağlanış mərasimində layihə çərçivəsində hazırlanan "Yaşıl Könüllü" videoçarxı iştirakçılara təqdim olunub. Videoçarxda bir pianoçunun barmaqlarının toxunuşu ilə insanlara musiqi zövqü yaşatdığı kimi hər kəsin də ətraf mühitə qayğı ilə yanaşıb estetik zövq yaşatmalarını istəməsindən bəhs edilir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunaraq xatirə şəkili çəkdirilib.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb

08:50
17 Sentyabr

Hindistan səfiri Lənkəranda olub 

08:45
17 Sentyabr

Meyvə festivallarının sırasına biri də əlavə edildi

08:40
17 Sentyabr

Sahilin başına "oyun açan" Xəzər 

08:35
17 Sentyabr

Yanardağın "sirləri" 

08:30
17 Sentyabr

Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan... 

08:25
17 Sentyabr

Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?

08:20
17 Sentyabr

Şvabenin ermənipərəstliyi

08:15
17 Sentyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:10
17 Sentyabr

Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

08:05
17 Sentyabr

Azərbaycan nümunəsi

08:00
17 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

01:56
17 Sentyabr

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:45
17 Sentyabr

“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:44
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420

01:41
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI

01:40
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225

01:36
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!