“Yaşıl enerji”nin rekord ili
Dünya 2021-ci ildə ən çox bərpaolunan energetikanın gücündən yararlanıb
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına əsasən, gələcəkdə təmiz energetikaya keçidi çətinləşdirə biləcək xammal qiymətlərinin artmasına baxmayaraq, 2021-ci ildə bərpaolunan energetikanın güclərinin işə salınması üzrə tarixi rekord müəyyən ediləcək.
Hazırda nə baş verir?
BEA-nın bərpaolunan enerji bazarı (BEB) ilə bağlı dərc edilmiş hesabatına əsasən, 2021-ci ilin sonunadək külək və günəş elektrik enerjisinin istehsalı üzrə rekord artım olacaq. İlkin qiymətləndirmələrə görə, 2021-ci ildə “yaşıl enerji” bazarının artımı, hətta BEA-nın əvvəllər verdiyi proqnozu da üstələyəcək.
Ümumilikdə, 2021-ci ilin nəticələrinə görə, hətta ən zəif ssenari ilə belə bütün dünyada 289 QVt-lik “yaşıl enerji” layihələri işə salınacaq ki, bu da ötənilki rekorddan 3 faiz çoxdur.
Bu il istifadəyə verilən BEB güclərinin yarıdan çoxu günəş sistemlərinin payına düşür, sonrakı yerləri isə külək və hidroenergetika tutur .
BEA-nın proqnozlarına görə, yaxın beş ildə bərpaolunan energetikanın artımı sürətlənəcək və dünyadakı enerji güclərinin artımının, demək olar, 95 faizini təşkil edəcək. Bu müddət ərzində bərpaolunan enerji 60 faizdən çox artacaq və hazırda mədən yanacağının və nüvə energetikasının payına düşən güclərə çatacaq.
Bu tendensiya hətta günəş və külək enerjisinin istehsalı və nəqlinin qiymətinin artmasına səbəb olan, bərpaolunan mənbələrdən xammal və elektrik enerjisinin qiymətinin artmasını nəzərə almaqla belə davam edəcək.
Xarici amillər mane ola bilər
2020-ci ilin əvvəlindən çoxməqsədli günəş batareyalarının istehsalı üçün işlədilən PV sinfindən olan polisilisiumun qiyməti dörd dəfədən çox, poladın qiyməti 50 faiz, alüminiumun qiyməti isə 80 faiz artıb. Bundan başqa, nəqliyyat xərcləri altı dəfə çoxalıb.
Nəticədə təxminən 100 QVt-lik müqavilə gücünün işə salınması malların qiymətlərinin kəskin sıçrayışları səbəbindən gecikdirilə bilər, bioyanacaq bazarının artımı isə 3 faiz azalacaq.
Bərpaolunan enerji mənbələri sektorunun sürətli artımı göstərir ki, dünya birliyi iqlim dəyişikliklərinə qarşı mübarizə və karbon neytrallığına nail olmaq üçün “yaşıl enerji”yə keçməyə hazırdır. Buna baxmayaraq, BEA-nın nikbin proqnozları xammal məhsullarının qiymətlərinin artırılması və onların çatdırılması kimi xarici amillərlə qarşılaşa bilər.
Alternativ enerji mənbələrini hansı gələcək gözləyir
Bir tərəfdən, bu, qaçılmaz olaraq elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxaracaq. Lakin neft-qaz sektoru üçün yüksək vergitutma nəzərdə tutan əksər ölkələrin milli siyasətlərini nəzərə alaraq, günəş və külək enerjisi hələ də iqtisadi baxımdan istehlakçı üçün ən cəlbedici variant ola bilər.
Digər tərəfdən, ekspertlər önümüzdəki illərdə bərpaolunan güclərin gözlənilən artımının, malların və çatdırılmanın qiymətlərinin yüksəlməsi səbəbindən reallığa çevrilə bilməyəcəyindən narahatdırlar. Norveçin müstəqil konsaltinq şirkəti “Rystard Energy”nin proqnozlarına görə, 2022-ci il üçün nəzərdə tutulan günəş energetikası layihələrinin əksəriyyəti yaranmış vəziyyətlə əlaqədar güman ki, təxirə salınacaq və ya ləğv olunacaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı keçirilir YENİLƏNİB
20 Aprel
Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır ...
20 Aprel
Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər ...
20 Aprel
UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir
20 Aprel
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
20 Aprel
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb ...
20 Aprel
BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub
20 Aprel
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
20 Aprel
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
20 Aprel
Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər ...
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!