04 Avqust 2022 13:34
729
Səhiyyə
A- A+

Yaş saçlarla yatmağın orqanizmə zərərli təsiri

 

Mütəxəssislər yaş saçla yatmağın orqanizm üçün zərərli olduğunu deyirlər, çünki bu, ilk növbədə baş dərisində yaşayan göbələklərin artmasına və kəpəyin yaranmasına səbəb olur. Gün boyu saçlar nəmli qaldıqda daha da kövrəkləşir və tökülməyə başlayır. Eyni zamanda baş, boyun və onurğa ağrılarına səbəb olur.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Leyla Fətullayeva deyib: “Saç uzun müddət nəm qaldıqda başın dərisində göbələyin inkişafına əlverişli şərait yaranır və kəpək əmələ gələrək artıb çoxalır. Yaş saçlarla yatanda yastıq nəm qaldığı üçün toz gənələrinin inkişafına, bu isə öz növbəsində allergiya və astmanın inkişafına aparıb çıxarır. Nəm saçlarla açıq pəncərə altında yatmaq soyuqlama yaradır”.

Onun dediyinə görə, saçların uzun müddət nəm qalması immuniteti zəif olanlarda infeksiyanın yaranma riskini artırır: “Virusayoluxma, soyuqlama, hərarətin artması və digər xəstəliklərin əlamətləri müşahidə olunur. Baş yuyulduqdan sonra saç tam qurudulmalıdır ki, nəm qalmasın və həm saçın görünüşünə ziyanlı təsir göstərməsin, həm də orqanizmdə hər hansı allergiyanın inkişafına və ya hansısa xəstəliyin yaranmasına səbəb olmasın”.

Həkimlər yaş saçla uzun müddət Günəş altda qalmağı da məsləhət görmürlər, çünki Günəş şüaları saçları yandırır və tüklərin kövrəkləşməsinə səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video