19 Iyun 2022 00:39
743
Elm və texnika
A- A+

Yarpağın çaya çevrilişi

 

Dünyada çayı sevən xalqlar çoxluq təşkil edir. Azərbaycanlıların da çay sevdasını nəzərə alsaq, deyə bilərik ki, bu ölkə üzrə ən populyar içkidir. Böyükdən kiçiyə bütün yaş qruplarında çaya olan sevgini də, tələbatı da aydın görmək mümkündür. Bu bənzərsiz kəşfə görə isə çinlilərə öz minnətdarlığımızı bildirməliyik.

5 min il bundan əvvəl Çindən soraqları gələn çayın hekayəsi bir rəvayətlə başlayır. Deyilənlərə görə, eramızdan əvvəl 2732-ci ildə imperator Shen Nung çayı yabanı kollardan qopan yarpaqların sovrulub qaynayan su qazanının içərisinə düşən zaman kəşf edib. Müşahidə edib ki, yarpaqlar qaynayaraq ətrafa xoş ətir saçır. Bu, imperatorun diqqətini çəkib və o, ətirli suyun dadına baxmaq qərarına gəlib. İmperator dəmlənən suyu içən zaman  bütün bədəninə müalicəvi və rahatlayıcı hiss yayılır. Beləliklə, "cha" adı verilən bu içkidən istifadə edilməyə başlanılır.

Çində çayın populyarlığı IV əsrdən VIII əsrə qədər sürətlə artmağa davam edib. Həmin vaxtlarda çaydan yalnız müalicəvi xüsusiyyətlərinə görə yox, həmçinin gündəlik zövq üçün də istifadə edilib. Çay plantasiyalarının becərilməsi bütün Çinə yayıldıqdan sonra tacirlər varlanmağa və bahalı çay məmulatlarını satmağa başlayıblar.

İmperiya məhsulun becərilməsinə və toplanmasına ciddi nəzarət edib. Hətta qərar verilib ki, çay yarpaqlarının toplanılması ilə yalnız gənc qadınlar məşğul olmalıdırlar. Çox güman ki, bu da onların gigiyenik cəhətdən təmiz olmaları ilə bağlı idi. Həmçinin onlar əllərini qalıcı qoxulara səbəb olacaq vasitələrə, yeməklərə vura bilməzdilər.

Tarixdəki ən qədim çay Shandong Universitetinin arxeoloqları və Pekin Elm və Texnologiya Universitetinin alimlərinın apardığı yeni araşdırmada müəyyən edilib. Bu çayın Çində eramızdan əvvəl 453-410-cu illərdə yetişdirildiyi bildirilir. 2400 illik çay yarpağı qalıqları isə Şandun əyalətinin Zouçenq şəhərindəki kral məzarında aşkar edilib. 2018-ci ildə xarabalıqlarda aparılan qazıntılar zamanı arxeoloqlar çini fincandakı çürümüş bitkini tapdıqları zaman onun çay olduğunu fərz ediblər. Elmi təhlillərlə bu nümunənin çoxəsrlik çay yarpaqları olduğu təsdiqlənib. Ancaq hələ də çayın necə yarandığı sirr olaraq qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video