10 Yanvar 2025 14:37
1705
Elm və texnika
A- A+
Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq

Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq


Yanvarın 16-da Mars planeti qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq. Marsın hər yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə 1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq.

Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq. Marsın ən böyük qarşıdurması Yerlə Marsın bir-birinə ən yaxın olduğu və Marsın göydə mümkün olan ən böyük parlaqlığa və bucaq ölçüsünə çatdığı hadisədir. Bu fenomen Marsın elliptik orbitinin təsiri ilə əlaqədardır, çünki Mars orbitində Günəşə nisbətən fərqli məsafələrdə hərəkət edir. Marsın ən böyük qarşıdurması təxminən 15-17 ildə bir dəfə baş verir. Bu, Mars Günəşə ən yaxın nöqtəsində – perihelidə olduğu zaman və Yer Marsa mümkün qədər yaxın olduqda baş verir. 

Ən böyük qarşıdurma zamanı Marsın bucaq ölçüsü təxminən 25.1 bucaq saniyəsinə qədər artır və bu, adi qarşıdurmalarda olduğundan daha böyük olur. Parlaqlığı -2.9m ulduz ölçüsünə qədər yüksəlir ki, bu halda Mars Veneradan sonra gecə səmasında ən parlaq obyekt olur. Marsın səthindəki əsas detallar, məsələn, qütb papaqları, səhralar və albedo xüsusiyyətləri teleskop vasitəsilə aydın görünə bilər.

Marsın son dövrlərdə bir neçə böyük qarşıdurması hadisəsi baş verib:

∙ 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub. Bu, son 60000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1 bucaq saniyəsi olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi.

∙ 2018-ci il 27 iyul: Bu zaman Mars cəmi 57.6 milyon kilometr məsafədə olub.

Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

14:05
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!