08 Oktyabr 2025 17:45
2056
PARLAMENT
A- A+
Xorvatiyanın parlament sədri Ermənistanla sülh müqaviləsinin paraflanması barədə məlumatlandırılıb  

Xorvatiyanın parlament sədri Ermənistanla sülh müqaviləsinin paraflanması barədə məlumatlandırılıb  


Ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 8-də Milli Məclisə gəlib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat verilib.

Bildirilib ki, qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviç burada Xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə görüş olub.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildə parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu qeyd edilib.

S.Qafarova beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylikdən məmnunluğunu bildirərək, COP29 çərçivəsində Xorvatiyanın ölkəmizin təşəbbüslərinə verdiyi fəal dəstəyin və Baş nazir Andrey Plenkoviçin bu mühüm tədbirdə iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasındakı mühüm rolundan söhbət açılıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iki ölkənin parlament komitələri arasındakı münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonağa, həmçinin Ermənistanla sülh müqaviləsinin paraflanması barədə məlumat verilib.

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.

O, 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin qürurverici olduğunu və tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionun inkişafına mühüm töhfə olacağını qeyd edib.

Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin ediilməsində rolunu vurğulayıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir  

22:48
12 Noyabr

Baş nazir: Gürcüstan xalqı Türkiyə ilə həmrəydir  

22:45
12 Noyabr

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

22:43
12 Noyabr

Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib  

22:40
12 Noyabr

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Bayrağı qaldırılıb  

22:37
12 Noyabr

Sırski: Həftə ərzində Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib  

22:34
12 Noyabr

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub  

22:32
12 Noyabr

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb  

22:23
12 Noyabr

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb  

22:22
12 Noyabr

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib  

19:36
12 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

19:34
12 Noyabr

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

19:33
12 Noyabr

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

19:30
12 Noyabr

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib -YENİLƏNİB  

18:39
12 Noyabr

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

18:35
12 Noyabr

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib  

18:33
12 Noyabr

Milli birliyin və həmrəyliyin manifesti  

18:32
12 Noyabr

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub  

18:31
12 Noyabr

Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:29
12 Noyabr

Cənubi Koreyanın keçmiş baş naziri saxlanılıb   

17:57
12 Noyabr

Özbəkistanda qədim freskalar aşkarlanıb  

17:56
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!