07 Avqust 2022 00:21
503
Elm və texnika
A- A+

"Xiaomi"dən yeni məhsul

Xiaomi şirkəti "Mi Band 7 Pro" smart qolbağını təqdim edib. "Mi Band 7 Pro" qolbağında ilk dəfə dizayn dəyişikliyi edilib. Bu 280x456 piksel keyfiyyətli 1.64 düym AMOLED ekranla təchiz olunub. Bu dəfə şirkət ənənəvi "Mi Band" ekran dizaynından imtina edib və elə buna görə də "Mi Band 7 Pro" xarici görünüşcə smart qolbağı deyil, smart saatı xatırladır.

Smart qolbaq üçün 180 ədəd unikal ana ekran dizaynı mövcuddur. Əlavə olaraq onun ekranı "Always on Display" funksiyasını da dəstəkləyir. Bunun sayəsində istifadəçi daim ekranda zamanı və digər faydalı məlumatları görə biləcək. "Mi Band" seriyası yarandığı gündən ilk dəfə olaraq "Mi Band 7 Pro" "GPS" modul əldə edib. Onun sayəsində qolbaq smartfona ehtiyac duymadan istifadəçinin qət etdiyi marşrutu qeydə ala bilir. "Mi Band 7 Pro" "GLONASS", "Galileo", "Beidou" və "GPS" kimi naviqasiya sistemlərini dəstəkləyir.

Smart qolbaq qanda oksigenin miqdarını və ürək döyüntülərinin tezliklərini də ölçə bilən sensorlarla təchiz olunub. İstifadəçinin yuxu fazalarının monitorinqini də reallaşdırır. Cihazda 117 idman rejiminin dəstəyi mövcuddur. "Mi Band 7 Pro" özündə 235 mAh enerji tutumlu batareyanı birləşdirir. Bir dəfə şarj olunandan sonra adi rejimdə

12, intensiv rejimdə isə 6 gün çalışır. Bununla yanaşı, smart qolbağa kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş "NFC" çip inteqrasiya edilib və cihazın gövdəsi 5 atmosfer təzyiqli dərinliyə kimi suya daxil edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video