09 Yanvar 2022 00:19
342
Elm və texnika
A- A+

“Xiaomi” yenilikləri

 

“Xiaomi” şirkəti “Watch S1” smart saatını və naqilsiz “Xiaomi Buds 3” qulaqcıqlarını təqdim edib. Sözügedən premium smart saatı iş adamları üçün nəzərdə tutulub. Bu, onun paslanmaz poladdan hazırlanmış gövdəsindən də bəlli olur. Paslanmayan poladdan olan saatın ekranı sapfirdən hazırlanan qoruyucu şüşə ilə əhatə olunub.

 “Watch S1” bir dəfə şarj olunandan sonra 12 gün ərzində qənaət rejimində çalışa bilir. Smart saat 60 Hz-lik təsvir yenilənməsinə sahib yüksək piksel keyfiyyətli  “AMOLED” ekran ilə təchiz olunub. Saat “BES2500BP” adlı prosessor əsasında çalışır və 32 GB daxili yaddaşı var. O, həmçinin “GPS”, “GLONASS” və “GALILEO” kimi peyk naviqasiya texnologiyalarını dəstəkləyir. Smart saatda 117 ədəd idman rejimi mövcuddur.

 İstifadəçinin səhhətinin monitorinqi məsələsinə gəldikdə, “Watch S1” modeli ürək döyüntülərini, qanda oksigenin miqdarını və yuxunun keyfiyyətini ölçə bilir. Smart saat kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC texnologiyası ilə də təchiz olunub. İstifadəçi daxil olan zənglərə Bluetooth üzərindən smart saat vasitəsilə cavab verə bilər. Silikon materialdan hazırlanmış kəmərə sahib model 175, dəri materialdan olan kəmərli model isə 190 ABŞ dollarına satılacaq.

İndi isə keçək naqilsiz “Xiaomi Buds 3” qulaqcıqlarına. Qulaqcıqlar bir çox özəllikləri ilə diqqəti cəlb edir. Ötən ilin sentyabrında təqdim edilmiş “Xiaomi Mi True Wireless Earphones 3 Pro” qulaqcıqları kimi “Xiaomi Buds 3” də ətrafdan gələn səs-küyün boğulması texnologiyasının dəstəyinə sahibdir. Bu texnologiya vasitəsilə qulaqcıqlar səsi 40 desibelə kimi endirə bilirlər.

 Sözügedən qulaqcıqlarda reallaşdırılmış ANC texnologiyası istifadə ssenarisindən asılı olaraq, 3 fərqli rejimdə çalışır. Onlar ikili maqnit dinamik drayverlərlə təchiz olunublar. Bu da “Xiaomi Buds 3”ün premium özəlliyi hesab edilir.

Qulaqcıqlar bir dəfə şarj olunandan sonra 7 saat çalışa bilirlər. Xüsusi şarj qutusu sayəsində bu göstərici 32 saata qədər yüksəlir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video