21 Avqust 2024 09:05
2159
Oxucu məktubları
A- A+
Xatirəmdə yaşayan kəndimiz

Xatirəmdə yaşayan kəndimiz

 

1992-ci ildə mən könüllü kimi döyüşlərdə iştirak edirdim. Mayın əvvəllərində böyük qardaşım xəbər göndərdi ki, vəziyyət çox çətinləşib və belə getsə, kəndi tərk etməli olacağıq. 
Kəndimiz Laçının Səfiyan kənd  inzibati ərazi dairəsində yerləşir. Gəncliyimdə kəndimizin hər qarışını dolaşmışam. Uşaqlıq illərim sovet dövrünə düşüb. O vaxtlar ermənilər bizim Suarası kəndinə gələr, süd, qatıq, yumurta və başqa ağartı məhsulları alardılar. Əvəzində camaatımıza maşın təkəri, ev əşyaları gətirərdilər. 
Ötən əsrin 80-ci illərinin  sonlarında artıq qarşıda müharibə olacağı gözlənilirdi. Əsgərlikdən yenicə qayıtmışdım. Bakıda ali məktəblərdən birinə daxil olub təhsil almaq istəyirdim.  Amma başlayan döyüşlər arzumu arxa plana keçirdi. 1991-ci ildə dəfələrlə erməni qəsbkarları rayonun bir neçə kəndinə hücum etsə də, onların qarşısını ala bildik. 
Kəndi son tərk edənlərdən biri də mənəm. Elə bilirdim ki, biz tezliklə ora dönəcəyik. İllər keçdi və 44 günlük Vətən müharibəsində ordumuz işğal altında olan torpaqları azad etdi. 32 ildən sonra kəndimizə getməyi qərara aldım. Yolboyu elə bilirdim ki, ürəyim indicə dayanacaq. Gəldik və gördük ki, toylu-büsatlı kəndimizdən əsər-əlamət qalmayıb. Uşaqlıq illərimin izləri dağıntılar arasında sanki itmişdi. Ata yurdundan yalnız bircə divar qalmışdı. Bilirəm, ev tikmək, yol çəkmək, ağac əkmək mümkündür. Bəs gəncliyimizi, yolundan  düşən cavanlığımızı bizə kim qaytaracaq?!
Amma görürük ki, ərazilərimiz bərpa edilərək laçınlılara verilir. Yenə kəndlərimizdə toylar çalınır, yeni ailələr qurulur. Dünənin gəncləri bu gün ağsaqqal kimi geriyə qayıdırlar. Bu qayıdış torpaq sevgili insanların yaşam həbi, inam dünyasıdır.  Xatirələrdə yaşayan keçmişləri isə gələcək nəsillərə çatdırmalıyıq. Çünki dünəni bilmək sabahımız üçün vacibdir.   

İlham HƏSƏNOV,
Laçın rayonunun Suarası kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siqaret idxalına qadağa qoyula bilər  

15:42
07 Oktyabr

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

15:36
07 Oktyabr

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

15:24
07 Oktyabr

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

15:00
07 Oktyabr

5000 illik qəbir aşkar edilib

14:40
07 Oktyabr

Uçan taksi nümayiş etdirilib

14:39
07 Oktyabr

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!