26 Yanvar 2025 08:55
667
Mədəniyyət
A- A+
Xalqın mənəvi sərvəti

Xalqın mənəvi sərvəti


Ulu Öndər Heydər Əliyev  deyirdi: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, böyüyü mədəniyyətdir". 

Hər bir xalqın mədəniyyəti onu dünyaya tanıdan mənəvi pasportudur desək, heç də səhv etmərik. Təsadüfi deyil ki, ermənilər istər qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda, istərsə də bir zamanlar işğal etdikləri Qarabağda azərbaycanlıları məcburi şəkildə öz tarixi yurdlarından didərgin saldıqdan sonra xalqımıza məxsus mədəniyyət abidələrini dağıdaraq izini silməyə çalışıblar. Haylar anlayırdılar ki, babalarımızın min illər öncə yaratdığı  tarixi yadigarlar, milli mədəniyyət nümunələri bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduqlarını dünyaya göstərən ən dürüst faktlardır. Lakin mənfur niyyətlərini reallaşdıra bilməyən hayların insanlığa yaraşmayan  hərəkətləri sonda bumeranq kimi fırlanıb öz başlarına dəydi. 

Xalqların mədəniyyətinin yaradıcıları alimlər, şairlər, yazıçılar, sənət adamları, el sənətkarlarıdır. Dünyanın böyük fatehləri işğal etdikləri ərazilərdə yaşayan işıqlı insanları, elm, bilik sahiblərini, sənətkarları ən dəyərli insanlar kimi öz ölkələrinə aparırdılar. 

Xalqının gələcəyini düşünən, onun inkişafı və tərəqqisi qayğısına qalan böyük dövlət adamları mədəniyyətin və mədəni tarixin yaradıcısı olan insanlara xüsusi diqqət göstərərək qayğı ilə yanaşıblar. Uzun illərdir ki, biz Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin timsalında da elm və mədəniyyət xadimlərinə, incəsənət ustalarına, bir sözlə, xalqımızın mənəvi sərvətinin yaradıcılarına göstərilən xüsusi diqqətə, dövlət qayğısına şahidlik etməkdəyik. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı, gənc istedadlara qayğı, milli sənətin inkişafı dövlətimizin mədəniyyət siyasətinin əsasını təşkil edir.

Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə xüsusi diqqət yetirilir. Mədəniyyət sahəsini inkişaf etdirmək üçün böyük investisiya proqramları reallaşdırılır. Milli Akademik Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Filarmoniyası müasir üslubda yenidən qurulub. Regionlarda yeni mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları tikilərək istifadəyə verilib. Mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində irihəcmli layihələr həyata keçirilib və bu, davam etməkdədir. Mədəniyyətimizə göstərilən yüksək qayğının nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də böyük uğurlar müşahidə olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və sənət adamlarını yüksək qiymətləndirərək  demişdir: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır".

Azərbaycan elminin və mədəniyyətinin inkişafında xidmətləri olan tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, dövlət tərəfindən mükafatlandırılması bir ənənəyə çevrilib.  

2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi, Məhəmməd Füzulinin 530, Süleyman Ələsgərovun 100, Nəbi Xəzrinin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2024-cü ildə Rəfael Hüseynov Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafındakı böyük xidmətlərinə görə və şair Baba Vəziroğlu "Şərəf" ordeni ilə, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafında səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu" ilə mükafatlandırılıb. Dövlət başçısı Azərbaycanın mədəniyyət xadimlərindən Ömər Eldarova, Böyükxanım Əliyevaya, Xanlar Haşımzadəyə, Fərhad İsrafilova, Aqil Məlikova, Sevda Məmmədəliyevaya, Laləzar Mustafayevaya Prezidentin  fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Respublikamızın 150 nəfər incəsənət xadimi Prezident mükafatlarına layiq görülüb.  

2024-cü il həm də bir qrup gəncin yaddaşında Prezident mükafatları ilə təltif olunmaları kimi qaldı. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Fərrux Zakirova Xalq artisti fəxri adı verildi...

Dövlət başçısının elm, mədəniyyət  xadimlərinə, sənət adamlarına Azərbaycan Respublikası Prezidentinin mükafatlarının, fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncamları  sənətə və sənətkara olan diqqətin daha bir nümunəsidir. Mədəniyyət işçilərinə göstərilən həssas münasibət onların ruh yüksəkliyinə səbəb olur. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir. Ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsinə hər cür şərait yaradılır. Sözsüz ki, bu, dövlət başçısının elmə, mədəniyyətə, incəsənətə olan yüksək diqqətinin və qayğısının nəticəsidir. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb  

22:56
08 Fevral

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

22:50
08 Fevral

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

22:47
08 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

22:45
08 Fevral

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır  

22:24
08 Fevral

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm  

22:23
08 Fevral

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

22:21
08 Fevral

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq  

21:30
08 Fevral

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır  

19:53
08 Fevral

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik  

19:31
08 Fevral

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib  

19:08
08 Fevral

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb  

19:02
08 Fevral

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

18:39
08 Fevral

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

18:03
08 Fevral

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

17:57
08 Fevral

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

15:26
08 Fevral

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

15:25
08 Fevral

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

15:23
08 Fevral

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür  

15:22
08 Fevral

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından  

14:23
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!