28 May 2022 09:35
576
SİYASƏT
A- A+

Vitse-prezident Fuad Oktay: “Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımızın tələblərini yerinə yetiririk

Hörmətli Prezidentlərimizin ötən il imzaladıqları Şuşa Bəyannaməsi ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltməklə iradəmizi güclü bir şəkildə ortaya qoyduq. Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal dövrünün izlərinin silinməsi, bölgənin bərpasını və yüksəlişin təmin edilməsini əsl vəzifəmiz olaraq görürük.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuad Oktay Ankarada 28 May – Müstəqillik Günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

Azərbaycan-Türkiyə qardaşlığını tarixi faktlar və məntiqi mühakimələrlə tərənnüm edən vitse-prezident deyib: “Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımızın tələblərini yerinə yetiririk. Bu dostluqdan aldığımız güclə bir daha bütün dünyaya bəyan edirik ki, biz eyni xalq olaraq gələcəyə ümidlə baxırıq, bir-birimizdən güc alaraq gələcəyi birlikdə formalaşdırırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video