“Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsi hazırlanacaq
Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib.
Komitə sədri Bəxtiyar Əliyev əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edib və onlara yaz sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra o, komitənin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında danışıb.
Bəxtiyar Əliyev bildirib ki, işçi qrup “Ali təhsil haqqında” qanun layihəsi üzərində işi tamamlayıb, sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək. Bu sessiyada, eyni zamanda “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması və digər layihələrin müzakirəsi nəzərdə tutulub. Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.
Sonra Bəxtiyar Əliyev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 11 məsələyə baxılıb. İclaslarda “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və digər qanunlarda edilən dəyişikliklər müzakirə olunub. Bəxtiyar Əliyev qeyd edib ki, komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.
Komitə sədri hesabat dövründə vətəndaşlardan komitəyə 129 ərizə və məktubun daxil olduğunu bildirib. Müraciətlər qeyd olunan məsələlərin həlli üçün aidiyyəti qurumlara ünvanlanıb. Bildirilib ki, komitə üzvləri sessiya dövründə vətəndaşlarla daim ünsiyyətdə olub, onları maraqlandıran məsələlərlə bağlı öz səlahiyyətləri çərçivəsində lazimi işlər görüblər. Vətəndaşlardan daxil olan müraciətlərin sayı azalıbdır ki, bu da ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan vətəndaşının daim dövlətin, dövlət başçısının diqqət mərkəzində olmasından irəli gəlir.
İclasda komitə sədri bu günlərdə Prezident İlham Əliyevin ölkə mediasına verdiyi müsahibədən də söz açıb. Prezident müsahibəsində Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, doğrudan da, dünyada nümunə sayıla bilər. Azərbaycan bu sahədə özünün modelini ortaya qoyub.
Sonra payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətlərindən, beynəlxalq tədbirlərdə iştiraklarından bəhs edilib. Hesabat dövründə komitə üzvlərinin ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdiyi bildirilib.
İclasda komitənin 2021-ci il payız sessiyası dövründə hesabatı məqbul hesab edilib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandır...
23 Aprel
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürü...
23 Aprel
Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yarad...
23 Aprel
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik...
23 Aprel
Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib
23 Aprel
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...
23 Aprel
Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün stratej...
23 Aprel
Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirili...
23 Aprel
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
23 Aprel
Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!