20 Yanvar 2022 00:40
556
CƏMİYYƏT
A- A+

Vətənə xidmət etmək şərəfdir

 

Qəhrəmanlıq elmlə, təhsillə bağlı olmasa da, örnək göstərənlərimizi unuda bilmərik. Hərb tariximizdə Vətənə sədaqətlə qulluq göstərib ucalanlarımız çox olub. Belə igidlərimizdən biri də Mehman Musa oğlu Yusifov idi ki, 19 iyul 1979-cu ildə Tovuz rayonunun Bayramlı kəndində dünyaya göz açıb, orada da boya-başa çatmışdı. Ailənin 6-cı övladı olan Mehmanın özündən başqa 3 qardaşı, 4 bacısı var idi.

1985-1996-cı illərdə Tovuz rayonundakı E.Orucov adına Bayramlı kənd orta məktəbində oxuyan Mehman 1998-ci ildə həqiqi hərbi xidmətini başa vurub. O, Vətənə bu sahədə qulluq etməyi özünə şərəf bilib. Ona görə də ikiillik hərbi xidmətini 2000-ci ildə bitirdikdən sonra yenidən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq qulluq etməyi özünə borc hesab edib.

Yaşasaydı, bu ilin iyul ayında 43 yaşı olacaqdı. O, ömrünün 23 ilini Tovuz rayonunun Bayramlı kəndində keçirmişdi. Azərbaycan Silahlı Qüvvələrində xidmətə başladıqdan sonra Sumqayıt şəhərində yaşayırdı.

Həyat yoldaşı Günellə 2009-cu ildə ailə həyatı quran Mehmanın Məhəmməd, Fatimə və Süleyman adlı 3 övladı yadigar qalıb. Onlardan ikisi məktəblidir, sonbeşik sayılan Süleymanın isə 2 yaşı var.

Döyüş yolları artıq nağıllaşan Mehmanı 2002-ci ildə Silahlı Qüvvələrin Təlim Mərkəzində xidmətdən əlavə qulluq üçün fəaliyyət göstərən gizirlik kursuna göndəriblər. 18 illik hərbi qulluq illərində o, biliklərə yiyələnib, təlimlərdəki fəallıqları ilə seçilib. 2016-cı ildə tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində iştirak edənlərdən olub. Lələtəpə yüksəkliyinin alınmasında onun da xidmətləri olub. Nümunəvi xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, 2 dəfə “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif olunub.

44 günlük Vətən müharibəsi başlayandan gizir Mehman Yusifov da erməni silahlı quldur dəstələrinin tərk-silah edilməsi üçün gedən döyüşlərdə qəhrəmancasına vuruşanlardan biri olub. Döyüş yolu Cəbrayıl-Füzuli istiqamətindən başlayıb. Ağır döyüşlərdə dostlarını itirdikcə Mehmanda düşmənə qarşı nifrət daha da güclənib. Döyüşlərin birində Mehmanın da tərkibində olduğu 7 nəfərlik qrup minalanmış ərazidən keçsə də, silahı yerə qoymur. Son gülləyədək vuruşurlar. 2020-ci il oktyabrın 5-də Mehman şəhidlik zirvəsinə ucalır.

Vətən müharibəsində göstərdiyi nümunəvi xidmətləri və döyüşlərdə fərqləndiyi üçün Azərbaycan Prezidentinin sərəncamına əsasən, Mehman Yusifov “Qarabağ” və “Zəfər” ordenlərinə, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

 

Məşədi ZEYNALOV,

Sumqayıt Şəhər Təhsil şöbəsi Veteranlar Təşkilatının sədri, Qabaqcıl maarif xadimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video