Vətənə canlarını əsirgəməyənlərə vətən də himayəsini əsirgəmir
Ölkənin bütün şəhər və rayonlarında olduğu kimi, Ağstafa rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğıkeşlik göstərilir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Ağstafa rayonu 52 şəhid vermişdir. 226 nəfər isə cəbhədən qazi kimi qayıtmışdır.
226 yaralıdan 64-nə əlillik dərəcəsi təyin olunmuşdur və proses davam edir. Əlillik dərəcəsi təyin olunan qazilərdən 1 nəfər 1-ci, 18 nəfər 2-ci, 45 nəfər 3-cü qrupdur. Əlillik dərəcəsi alanlar ev növbəsinə götürülmüşlər. Qazi Amin Musayev və Nurlan Məmmədov ev və maşınla təmin olunmuşlar. Bundan əlavə, evlərinin təmirə ehtiyacı olan qazilərə tikinti materialları ilə kömək göstərilmişdir. Müalicəyə ehtiyacı olan qazilər isə "YAŞAT" Fondu və Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən xəstəxanalara göndərilmişlər.
Şəhid ailələrinin və qazilərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Qısa vaxt ərzində 108 qazi və Vətən müharibəsi iştirakçısı özünüməşğulluq proqramına cəlb edilmişdir.
Rayonda qazilərə və şəhid ailələrinə xüsusi diqqət olmasının göstəricilərindən biri də icra strukturları rəhbərlərinin mütəmadi olaraq onlarla görüşüb problemlərini və təkliflərini dinləmək və tədbir görməkdir. Sonuncu görüşlərdən biri Ağstafa şəhərindəki Səməd Vurğun parkında keçirilmişdir. Rayon rəhbərliyi çay süfrəsi arxasında qaziləri dinləmiş və onların qaldırdıqları problemlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir. Həmin görüşdən sonra ehtiyacı olan bir neçə qaziyə maddi yardım edilmiş, evini təmir etdirmək istəyənə tikinti materialları verilmiş, iş üçün müraciət edənlər, sağlamlığı işləməyə imkan verməyən qazilərin isə ailə üzvləri işlə təmin olunmuşdur.
Ağstafada da şəhid ailələri dövlətin diqqət və qayğıkeşliyini hiss edir. Rayonda 45 küçəyə və bir neçə məktəbə şəhidlərin adları verilmişdir. Vətən Müharibəsi Qəhrəmanı şəhid Yusifli Azər Nazim oğlunun adı verilmiş küçədə onun barelyefi qoyulmuşdur. Bundan əlavə, yaşadığı Böyük Kəsik kəndindəki məktəbə onun adı verilmiş, məktəbin önündə büstü qoyulmuşdur.
Şəhid ailələrinin işlə təminatı da diqqət mərkəzində saxlanılır. Qısa vaxt ərzində şəhid ailələrinin 33 üzvü işlə təmin olunmuşdur. Bütün idarə, müəssisə və təşkilatlarda uyğun vakant iş yeri olan kimi növbəli şəkildə şəhid ailələrinin üzvləri işlə təmin edilirlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!