30 Noyabr 2021 00:50
870
Elm və texnika
A- A+

Uzaqları görən göz

 

Qalaktikanın öyrənilməsində başlıca komponentlərdən olan teleskop orta əsrlərdə kəşf edilmişdi. Bu ixtira planetimizin kosmosdakı yerini müəyyən etmək üçün xüsusi əhəmiyyətə malik olmuşdu. Hazırda astronomiyanın ən vacib tədqiqat vasitələri sırasında yer alan teleskoplarla kainatın ən ucqar nöqtələrindəki dəyişiklikləri belə araşdırıb meydana çıxarmaq mümkündür.

İlk teleskopun yaranma sədası Hollandiyadan gəlib. 1608-ci ildə hazırlanan və patentləşdirilən icadın müəllifi eynək istehsalçısı Hans Lippersheydir. Bununla təsvirlər 3-4 dəfəyə qədər böyüdülə bilirdi. Bir hekayədə bəhs olunur ki, ixtiraçı bu fikrə iki uşağın linzaları tutub uzaqdakı küləyi görmək üçün istifadə etdikləri zaman gəlib.

Bu yenilikdən bir il sonra Qalileo Qaliley H.Lippersheyin ixtirasından xəbər tutaraq öz teleskopunu hazırlayıb. O, Hansın hazırladığı cihazı heç vaxt görməsə də, öz nümunəsi üzərində əhəmiyyətli təkmilləşdirmələrə nail olmuşdu. O, ərsəyə gətirdiyi teleskopla təsvirləri 20 dəfəyə qədər böyüdə bilmişdi. Teleskopu göyə doğru yönəldən ilk şəxs Qaliley idi. Bunun nəticəsində o, ayın krater səthlərini ayırd etməyə, fazalarını ətraflı şəkildə çəkməyə və hətta Süd Yolunu təsvir etməyə nail olmuşdu. Həmçinin Saturnun halqalarını, sonsuzluğa uzanan ulduzlar kainatını, günəş ləkələrini və Yupiterin dörd peykini də müəyyənləşdirmişdi.

İlk nəhəng reflektor teleskop 1789-cu ildə İngiltərədə William Herschel tərəfindən qurulub. Onun uzunluğu 12 metr olmuşdu. Ölçüsü uğurlu alınsa da, bır sıra problemləri özündə cəmləşdirən cihaz astronomik müşahidələr üçün əlverişli hesab edilməmişdi. 1800-cü illərdən etibarən isə daha uğurlu versiyalar təqdim olunmağa başlanmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video