15 Oktyabr 2025 11:03
1530
Mədəniyyət
A- A+
Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib  

Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib  


Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev oktyabrın 15-də, 78 yaşında vəfat edib

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-də Ağdam şəhərində anadan olub. 1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1964 –1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

1963–1974-cü illərdə Ağdam və Bakıda musiqi məktəblərində müəllim işləyib. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllimlikdən professorluğa kimi yüksəlib. Ustad tarzən 1990–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 2004-cü ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb.

Ramiz Quliyev pedaqoji fəaliyyətlə yanaşı, tar ifaçılığı sənətinə dair sanballı kitab və dərs vəsaitlərinin müəllifidir. Müxtəlif illərdə nəşr olunan “Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri”, “Xarici bəstəkarların əsərlərinin tar və fortepiano üçün işləmələri” dərs vəsaitləri, eləcə də “Azərbaycan və xarici bəstəkarların əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri” adlı ikicildlik kitabı böyük maraqla qarşılanıb və bu gün də təhsil ocaqlarında geniş tədris olunur.

Ramiz Quliyev eyni zamanda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən yerli və beynəlxalq incəsənət layihələrində yaxından iştirak edib, bir sıra müsabiqələrdə, festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.

Sənətkar Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və digər ölkələrdə qastrol səfərlərində və beynəlxalq festivallarda musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edib.

Ustad tarzənin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar artist” (1982), “Xalq artisti” (1988) fəxri adlarına, “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenlərinə, eləcə də Azərbaycan Respublikasının Dövlət Mükafatına (2014) layiq görülüb. Sənətkar 2004-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:50
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir  

10:55
14 Noyabr

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram

10:25
14 Noyabr

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

10:25
14 Noyabr

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

10:24
14 Noyabr

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb  

10:21
14 Noyabr

“OpenAI” GPT-5.1-i təqdim etdi: daha “ağıllı” və daha fərdiləşdirilmiş süni intellekt  

10:20
14 Noyabr

NYT: Pentaqon F-35-lərin Ər-Riyada tədarükü zamanı həssas texnologiyanın Çinə sızmasından narahatdır  

10:19
14 Noyabr

Kiyev raket və dronlarla vurulur, dağıntılar var  

10:04
14 Noyabr

Media: Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır

10:03
14 Noyabr

Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır

09:00
14 Noyabr

Ən böyük qazancı sevgi və alqışlardır 

08:55
14 Noyabr

Şirin mərəzin fəsadları

08:50
14 Noyabr

"Azexport"un əlaqələri genişlənir

08:45
14 Noyabr

Kiber məkanda insan hüquqlarına təhdidlər və onlara qarşı mübarizə

08:40
14 Noyabr

Hərbi gücümüz artır

08:35
14 Noyabr

AMEA-nın prioritetlərinin fəlsəfəsi

08:30
14 Noyabr

Qayğı məmnunluq doğurur

08:25
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!