24 Yanvar 2022 10:03
4178
Səhiyyə
A- A+

ÜST: “Omikron” ştamından sonra Avropada pandemiyanın sonu “ağlabatan“ görünür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus pandemiyasının sonunu indiki “omikron“ dalğasından sonra mümkün hesab edir.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın Avropa regional bürosunun rəhbəri Hans Kluqe deyib. O bildirib ki, Avropa regionunun pandemiyanın son mərhələsinə doğru irəlilədiyi ağlabatan görünür. Bununla belə ÜST rəsmisi koronavirusun mümkün yeni mutasiyalarından ehtiyatlı olmağı da vacib hesab edib.

H.Kluqe AFP agentliyinə verdiyi müsahibədə qeyd edib ki, indiki “omikron” dalğası səngidikdən sonra bir neçə həftə və ayları əhatə edən dövr ərzində qlobal immunitet yarana bilər. Bu, ya peyvəndlər sayəsində, ya da insanların xəstəlik vasitəsilə qazandıqları immunitet hesabına baş verəcəkdir. Bundan əlavə isə mövsümi effektlər də nəzərə alınmalıdır, yay aylarında yoluxmaların sayı aşağı düşəcəkdir: “Nəzərə almalıyıq ki, COVID-19 ilin sonunda geri dönənə kimi bir müddət sakitlik olacaqdır, lakin mütləq deyil ki, pandemiya geri dönsün”.

H. Kluqenin gözləntilərinə görə, yüksək yoluxma və peyvəndlər pandemiyanın sonunu yaxınlaşdıra biləcək.

ÜST-nin hesablamalarına görə, mart ayının ortalarına kimi Avropa regionunda əhalinin təxminən 60 faizi “omikron” ştamına yoluxa bilər. Yüksək yoluxuculuq qabiliyyətinə malik bu varianta yoluxanların xəstəliyi əvvəlki ştamlarla müqayisədə yüngül keçirməsi optimist proqnozlar üçün əsas yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video