Ürəklərdə heykəlləşənlər
Nadir Əliyev kimi şəhid ömrü yaşayanlar adlarını tarixə əbədi yazırlar
Doğma Azərbaycana oğulluq borcunu verərək ləyaqətli ömür yaşamaq şərəfdir. Belə igid ərənlərimiz xalqımızın yetişdirdiyi övladların arasında çoxdur. Demək olar ki, Vətən üçün doğulanların hər biri şərəfli ömür sürürlər, qısa olsa da, yarımçıq qalsa da...
Onlardan biri də Nadir Möhkəm oğlu Əliyev idi ki, Qarabağ uğrunda apardığımız mübarizədə, sonda isə Vətən müharibəsində bir daha tanıdıq. O, həyatı boyu haqqa, ədalətə tapınmaqla ülvi məqsədlər uğrunda mübarizə aparırdı. Hər vaxt millətinə, xalqına bağlılığı, yurduna sədaqətliliyi ilə seçilirdi.
Məhz buna görə də xalqımızın, o cümlədən elimizin igid, dəyərli oğlu aramızda olmasa da, onun qoyub getdiyi xoş əməllər bu gün böyük məhəbbətlə xatırlanır.
Dağlar diyarı Lerikin igid oğlu, adını tariximizə qəhrəman kimi yazdıran Nadir Əliyev hələ uşaq yaşlarında “əsl kişilik məktəbi” sayılan hərbi sahəyə maraq göstərirdi. Ona görə də ixtisas seçəndə çox düşünmədən yolunu sevdiyi istiqamətdən saldı: C. Naxçıvanski adına Ali Hərbi Liseyə daxil oldu. 1986-cı ildə liseyi bitirdikdən sonra bu sahədə mükəmməl bilik əldə etmək üçün Blaqoveşşensk Ali Hərbi Komandirlər Məktəbində də təhsil almağa başladı. Təhsilini Özbəkistanın paytaxtı Daşkənddə davam etdirdi.
Təəssübkeş, qürurlu oğul kimi öz davranışı ilə digər millətlərin nümayəndələrində də Azərbaycan xalqına məxsus ölməz ənənələrə, ali mənəvi sərvətlərə sonsuz məhəbbət oyatdı.
Vətənə cəsur igidlər gərək olduğu vaxtda Nadir Əliyev Ümumqoşun Bakı Ali Hərbi Komandirlər Məktəbinə gəldi. 1992-ci ilin may ayı idi. Nadirin əsas amalı Vətəni öz canlarını bahasına yaşadan qeyrətli oğullar sırasına qoşulub müqəddəs Azərbaycan torpaqlarının müdafiəsinə qalxmaq idi. Ona üçüncü kursu bitirəndə hərb sənətinə bağlılığı, eləcə də döyüş bacarığı, qabiliyyəti, insanlıq ləyaqəti nəzərə alınaraq, vaxtından əvvəl leytenant hərbi rütbəsi verilib.
...Gündən-günə azğınlaşan erməni quldurlarının hücumları hesabına cəbhədə bir qədər də vəziyyət ağırlaşırdı. Nadir Əliyev də bölük komandiri kimi Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu və digər yaşayış məntəqələrinin müdafiəsi uğrunda fədakarcasına mübarizəyə atıldı. Bununla da cəsur komandirin həyatında gərgin döyüş günləri başlandı. Onun qəlbində düşməndən qisas almaq alovu get-gedə güclənirdi. Həmişə səsi qaynar nöqtələrdən gələn bölük komandiri qəlbində Vətən sevgisini yaşatmaqla düşmənin üstünə cəsarətlə gedir, hərbi tapşırıqları yerinə yetirmək üçün heç nədən çəkinmirdi. Bunu döyüş dostları indi fəxrlə bildirirlər. Olduğu döyüşlərdə silahlı quldurların cavablarını birə-beş qaytarmaqla tabeliyində olanları qoruyur, onlara qayğı, düzgün istiqamət göstərir, cəsur döyüşçüləri nümunəvi xidməti ilə yalnız qələbəyə aparırdı. Komandir əsgərlərinə bir də onu təlqin edirdi ki, Vətəni qorumaq, onun yolunda canından keçmək hər oğulun şərəfli borcudur.
...Müdafiə Nazirliyinin əmrinə əsasən, Nadir Əliyev Naxçıvandakı hərbi briqadanın sərəncamına göndərilir. O, burada göstərdiyi nümunəvi xidmətlərə görə baş leytenant rütbəsi alır. Yüksək intizamına, mənəvi-əxlaqi keyfiyyətlərinə görə xidmət etdiyi taborun qərargah rəisi təyin edilir. Bu tabor Naxçıvan MR-in Ordubad rayonundakı Soyuqdağ yüksəkliyini qorumaqda böyük qəhrəmanlıq göstərir. O, elə burada Vətəni naminə öz sinəsini düşmən gülləsinin qabağına verir. Bu tarixi qəhrəmanlığı Nadir Əliyevə əbədiyaşarlıq gətirir.
Budur əsl Vətən daşı olanlar, ürəklərdə heykəlləşənlər - Nadir Əliyev kimi şəhid ömrü yaşayanlar adlarını tarixə əbədi yazırlar...
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!