Unudulmuş kənd
Artıq yeni dərs ili başlayır. Amma bizim Xanərəb kəndində buna nə şagirdlər, nə müəllimlər, nə də valideynlər sevinirlər. Uzun illərdən bəri qəzalı vəziyyətdə olan Xanərəb kənd orta məktəbinin binası bu dəfə də yeni dərs ilini köhnə görkəmdə qarşılayır.
Məktəb binası demək olar ki, tamamilə yararsız vəziyyətdədir. Təhsil Nazirliyinə, əlaqədar dövlət qurumlarına çoxsaylı müraciətlər edilsə də, məktublar yazılsa da, problemin həlli istiqamətində indiyədək heç bir tədbir görülməyib.
Yeni dərs ilinin başlanması ölkəmizdə həmişə bir bayrama çevrilir, uşaqların, valideynlərin, müəllimlərin böyük sevincinə səbəb olur. Neçə ildir ki, biz bu sevincdən məhrum olmuşuq. Məktəb binası o dərəcədə acınacaqlı vəziyyətdədir ki, kəndimizə gələn qonaqlar müharibə zamanı bura raket düşdüyünü zənn edirlər. Doğrudur, müharibə vaxtı bizim kənd də erməni silahlı qüvvələrinin hədəfində idi. Bəzi evlərə, həyətlərə artilleriya mərmiləri düşmüşdü. Amma məktəbimiz bu müharibədən zərərsiz çıxmışdı.
Hörmətli redaksiya!
Kəndimizin problemi təkcə məktəblə bitmir. Rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən kəndimizin yolu da bərbaddır. Rayon mərkəzinə gedib-gəlmək üçün artıq vaxt itririr, əziyyət çəkirik. Kəndimizdə xəstəxananın olmaması da haqlı narazılıq yaradır. Pandemiya dövrünün yaratdığı çətinliklər fonunda qayğılarımız daha da artıb. Tez-tez həkimə müraciət etmək zorunda qalan kənd sakinləri uzun və rahatsız yolu qət edib rayon mərkəzi xəstəxanasına getməli olurlar.
Kəndimizin ən böyük dərdi isə içməli su problemidir. İllər öncə qazılmış artezian da quruyub. Adamlar içməli suyu şəxsi maşınları ilə yaxından-uzaqdan daşıyırlar.
Bəli, bu gün Xanərəb unudulan kəndə çevrilib. Hörmətli redaksiya, ümidimiz sizədir, səsimizi, giley-güzarımızı əlaqədar təşkilatlara çatdırın, bəlkə köməyi oldu.
Əzim QULİYEV,
Bərdə rayonunun Xanərəb kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb...
19 Aprel
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub
19 Aprel
Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq...
19 Aprel
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
19 Aprel
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinlə...
19 Aprel
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
19 Aprel
Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə e...
19 Aprel
Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!