Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin təşkili qaydası təsdiqlənib
Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”nın təsdiq edilməsi barədə əmr imzalayıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əmrə əsasən, ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması və Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbələrinə və De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin bu əmrlə təsdiq edilmiş Qaydaya uyğun təşkilinə nəzarət etmələri və tədris ili bitdikdən sonra 1 (bir) ay ərzində hər tədris ili üçün dərsdənkənar məşğələlərin fəaliyyətinə dair icmallaşdırılmış məlumatı rəhbərliyə təqdim etmələri tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilib. Müvafiq Qaydaya əsasən, Ümumi təhsil müəssisəsində dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddi 8 (səkkiz) nəfər olaraq müəyyənləşdirilir. Dərsdənkənar məşğələyə bütün sinif cəlb olunur. Fənnin (fənlərin) tədrisinə ayrılan saatlar istisna olmaqla, şagird sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə dərsdənkənar məşğələlər 2 və ya 3 sinfin (məsələn, V-VI, V-VI-VII, VI-VII, VI-VII-VIII və s.) şagirdlərindən ibarət təşkil edilmiş qrupda (qrupda şagird sayı ən azı 8 (səkkiz) nəfər olmaqla) birgə tədris olunur. Tədris ili ərzində sinifdə (qrupda) şagird sayının azalması dərsdənkənar məşğələnin fəaliyyətinin davam etməsinə təsir göstərmir.
Paralel siniflərdə təhsil alan şagirdlər müxtəlif mövzulu dərsdənkənar məşğələ qruplarında komplektləşdirilə bilər. Dərsdənkənar məşğələdə iştirak üçün təhsilalanlar arasında seçim aparılmır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası...
24 Aprel
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2
24 Aprel
Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri da...
24 Aprel
Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq
24 Aprel
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel
Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qa...
24 Aprel
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
24 Aprel
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB...
24 Aprel
Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiri...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!