09 Iyun 2022 01:41
1441
Qanunlar
A- A+

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

  Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq  qərara alır:

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851, № 11, maddə 1335; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.43-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.44-cü maddə əlavə edilsin:

"1.0.44. inteqrasiya təlimli təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təhsil müəssisəsi.".

2. 4.0.29-cu maddədə "pedaqoji işçilərə" sözləri "müəllimlərə" sözü ilə, "pedaqoji işçilərin" sözləri "müəllimlərin" sözü ilə əvəz edilsin.

3. 12-ci maddə üzrə:

3.1. 12.14.6 - 12.14.13-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"12.14.6. inteqrasiya təlimli ümumtəhsil məktəbi;

12.14.7. xüsusi ümumtəhsil məktəbi;

12.14.8. ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

12.14.9. internat tipli lisey;

12.14.10. internat tipli gimnaziya;

12.14.11. inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

12.14.12. internat tipli xüsusi ümumtəhsil məktəbi;

12.14.13. internat tipli sanator ümumtəhsil məktəbi;";

3.2. aşağıdakı məzmunda 12.14.14-cü maddə əlavə edilsin:

"12.14.14. digər məktəblər.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 may 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video