Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisi Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.
Ofisdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb.
İyunun 30-na olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb.
“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, – deyə ÜSTnin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.
Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan bir virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür.
İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Monteneqroda 11 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə üç günlük matəm elan olunub...
13 Avqust
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
13 Avqust
Azərbaycanın hərbi qulluqçuları Türkiyədə keçirilən təlimdə iştirak ediblər
13 Avqust
Büdcə gəlirlərində qeyri-neft sektorunun payı 52,5 faizə qalxıb
13 Avqust
Dövlət Neft Fondunun aktivləri 45,3 milyard ABŞ dollarına yüksəlib
13 Avqust
MOİK təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər
13 Avqust
Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib
13 Avqust
MN: Şuşa şəhəri ətrafında kəşfiyyat məqsədli uçuşlar həyata keçirən ermənilərə məxsus kvadrakopter ə...
13 Avqust
Ağırlıqqaldıranımız Paşa İbrahimli V İslam Həmrəyliyi Oyunlarında dördüncü olub
13 Avqust
ÜDM-in strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının payı bərabərləşib
13 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!