15 May 2022 06:59
667
Mədəniyyət
A- A+

Ukrayna 66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi olub  

66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukraynanın “Kalush” qrupu olub.

AZƏRTAC xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən “Eurovision 2022”nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış edib. Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında öz performansını nümayiş etdirib.

Çıxışlar bitdikdən sonra səsvermə başlayıb. Səsvermənin nəticəsinə əsasən, “Stefania” adlı mahnını ifa edən Ukraynanın “Kalush” qrupu 631 xalla birinci olub. Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 xal toplayaraq 16-cı yeri tutub.

Şüarı “Gözəlliyin Səsi”dir (“The Sound of Beauty”) olan “Eurovision 2022” Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilib.

Xatırladaq ki, Azərbaycan ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin 53-cü sayında iştirak edib və 8-ci yeri tutub. 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” yarışmasında isə Azərbaycan 221 xalla birinci olub və növbəti il ölkəmiz dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video