14 Yanvar 2025 08:10
393
SİYASƏT
A- A+
Uğur formulu

Uğur formulu


"Prezident İlham Əliyevin Azərbaycanın televiziya kanallarına ilin əvvəlində müsahibəsi artıq ənənəyə çevrilib. Dövlət başçımız yanvarın 7-də növbəti dəfə yerli televiziya kanallarının suallarını geniş cavablandırdı və ictimaiyyəti maraqlandıran məsələlərə, o cümlədən beynəlxalq aləmdə ölkəmizin böyük nüfuz qazanmasına, Fransanın Azərbaycana qarşı düşmənçilik mövqeyi barədə, müasir dünyada neokolonializmdən əziyyət çəkən xalqlara dövlətimizin göstərdiyi dəstəyə, dünyada baş verən siyasi proseslərə öz münasibətini bildirdi". 

Bu sözləri "Azərbaycan" qəzetinə BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, iqtisadi cəhətdən güclü olan dövlət hər şeyə qadirdir. Azərbaycanın iqtisadi gücü hər il artmaqdadır. Prezident İlham Əliyev uzun illər dövlət büdcəsi neft və qazdan asılı olan Azərbaycanı qeyri-neft məhsulları ixrac edən ölkəyə çevirib. Respublikamızda  qeyri-neft sektoru hər il inkişaf etməkdədir. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı effektiv mübarizə, ölkəmizə investisiyaların cəlb edilməsi və investorlara yaradılan şəraitin yaxşılaşdırılması nəticəsində Azərbaycan beynəlxalq nüfuzlu reytinq agentliklərinin diqqətini çəkib və onların dövlətimizə münasibətində müsbət dəyişikliklər yaranıb. "Əminəm ki, Azərbaycan beynəlxalq reytinq sıralamasında daha yüksək yerdə dayanacaq. Ölkəmizin maliyyə vəziyyəti də getdikcə yaxşılaşır. Valyuta ehtiyatlarımız hər il yüksəlir, xarici borcumuzu 14 dəfə üstələyir. Dünyanın inkişaf etmiş ölkələrində belə bu göstəricilərə rast gəlinə bilməz. Beynəlxalq iqtisadi ekspertlər Azərbaycanın dövlət büdcəsini ən yüksək sosialyönümlü büdcə kimi qiymətləndirirlər. Əməkhaqlar, pensiyalar və digər müavinətlərin hər il artırılması dövlətimizin əsas sosial siyasətidir. Ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi islahatların əsasını əhalinin rifah halının yüksəldilməsi təşkil edir", - deyə o əlavə edib.

Kafedra müdiri qeyd edib ki, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəldikcə dünya dövlətləri tərəfindən Azərbaycana olan böyük inam və etibar da artır. COP29-un ölkəmizdə keçirilməsinə 198 ölkənin səs verməsi buna sübutdur. Qısa zaman ərzində konfransın yüksək səviyyədə təşkil edilməsi üçün böyük işlər görüldü. Tədbirə 80 ölkənin dövlət və hökumət başçıları, ümumilikdə 197 ölkədən 76 min iştirakçı gəldi Hər kəs tədbirin yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğuladı. Fransa başda olmaqla, bir sıra Qərb dövlətləri COP29-u boykot etməyə cəhd etsələr də, bu, uğursuz oldu. Bakıda keçirilən COP29 COPlar tarixində ən mötəbər tədbir kimi qalacaq. On ildən çoxdur həllini tapmayan məsələlər Bakı Konfransında öz müsbət həllini tapdı. Azərbaycan zəngin neft-qaz ölkəsi olmasına baxmayaraq, dünyanın "yaşıl enerji"yə keçidində mühüm rol oynadığını sübut etdi. 

Kamilə Əliyeva vurğulayıb ki, Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edilməsi ölkəmizin xarici siyasətinin ən böyük uğurlarındandır: "Müsəlman ölkələrini birləşdirən D-8 təşkilatına üzvlük bu uğurun bir nümunəsidir. D-8-ə üzv olmaqla Azərbaycan öz siyasi, iqtisadi gücünü artırmaqla yanaşı, təşkilatın daha da nüfuz qazanmasına öz töhfəsini verəcək". 

O xatırladıb ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətdən danışıb və iki ölkə arasında sülhün yaranması istiqamətində ölkəmizin mövqeyini bir daha Ermənistan və onun havadarlarına çatdırıb. Ermənistanın baş naziri Paşinyan dünya ictimaiyyətini aldatmağa çalışır ki, guya Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Əslində, Ermənistan rəhbərliyi bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyir. Azərbaycanın mövqeyi aydındır. İlk növbədə Ermənistan öz konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı torpaq iddiası bəndini ləğv etməli, Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir. Çox təəssüf ki, bu gün Ermənistan tamamilə Fransanın nəzarətində olan bir ölkədir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, ona havadarlıq edənlər sona qədər Ermənistanın arxasında dayanmayacaqlar. Vətən müharibəsində ermənilər bunun şahidi oldu. Fransa dəfələrlə cəhd etsə də, Azərbaycanın haqlı mövqeyinə mane ola bilmədi. Fransa prezidenti Makron dəfələrlə Azərbaycana qarşı təzyiqlər və təxribatlar törətməyə çalışsa da, sonda Prezidentimizin qətiyyəti və siyasi iradəsi qarşısında məğlub oldu. Bu gün Fransa prezidenti Makron öz ölkəsini də ağır duruma salıb. Bu ölkə Afrikada öz mövqeyini itirməkdədir. Digər tərəfdən, Yeni Kaledoniyada və dənizaşırı bölgələrdə Fransa müstəmləkəsinə qarşı mübarizə başlayıb. "Makron rejimi burada yaşayan yerli xalqların haqlı etirazlarına qarşı ağır cinayətlər törədir. Təəssüflər olsun ki, dünya birliyi, eləcə də Avropa İttifaqı Fransanın bu cinayətlərinə göz yumur. Azərbaycan isə hər zaman müstəmləkəyə, zülmə məruz qalan dövlətlərə və xalqlara dəstək göstərir. Bir neçə gün bundan əvvəl Makron Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar irəli sürməyə başladı. Guya Azərbaycan Fransanın daxili işlərinə qarışır, əslində, isə Azərbaycan Fransanın neokolonist, müstəmləkəçi bir dövlət olduğunu dünyaya bəyan edir. Bu, ölkəmizin nə qədər güclü və qüdrətli bir dövlət olmasının sübutudur. Yaxın Şərqdə Ermənistanın ən yaxın müttəfiqi olan Suriya prezidenti Bəşər Əsəd hakimiyyəti də süquta uğradı. Bununla da Ermənistan rəhbərliyi bir daha ağır duruma məhkum oldu. Bəşər Əsəd rejimi Ermənistanın işğalçı siyasətini dəstəkləyərək, Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyirdi. Bütün bunlar göstərir ki, Ermənistanın yaxın dostları siyasi səhnədən silinməkdədir. Bu ölkənin varlığı və inkişafı qonşu dövlətlərlə, xüsusən Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir". 

Dövlət başçısının müsahibədə dünyada gedən siyasi proseslərə, gərgin geosiyasi duruma da öz münasibətini bildirdiyini qeyd edən professor Kamilə Əliyeva bildirib ki, bu gün hər bir azərbaycanlı fəxr edir ki, Azərbaycan adlı güclü və qüdrətli bir dövlətdə yaşayır və onun İlham Əliyev kimi lideri var. Prezidentimizin də qeyd etdiyi kimi, onun arxasında xalq, xalqımızın arxasında Prezident dayanır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Brüssel arasındakı münasibətlərdə yeni mərhələ

16:23
12 Mart

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

16:20
12 Mart

XIII Qlobal Bakı Forumunun ilk panel iclası qlobal təhlükəsizlik və güclər balansı mövzusuna həsr edilib YENİLƏNİB

16:19
12 Mart

Rusiyanın İrana humanitar yardım aparan təyyarəsi Lənkəran hava limanına enib 

16:16
12 Mart

İran Bəhreyndə yanacaq anbarlarını vurub

15:43
12 Mart

Şəhid övladları Qəbələdə - xizək təlimləri və Yel çərşənbəsi sevinci 

15:42
12 Mart

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!