07 Dekabr 2024 18:59
496
İDMAN
A- A+
Üçnövçülük üzrə Azərbaycan çempionatı keçirilib

Üçnövçülük üzrə Azərbaycan çempionatı keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "İstedadlı uşaqların müəyyən edilməsi layihəsi" çərçivəsində Tofik Karayev mükafatı uğrunda üçnövçülük yarışı keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov atletikada ilk addımlarını atan iştirakçılara uğurlar arzulayıb və əsas məqsədin istedadlı uşaqların müəyyən edilərək onlara lazımi dəstəyin göstərilməsindən ibarət olduğunu bildirib.

SSRİ rekordçusu, ümumittifaq dərəcəli hakim Tofiq Karayevin şərəfinə həsr olunmuş 27-ci ölkə yarışında paytaxtla yanaşı, Gəncə, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Gədəbəy, Bərdə və Astaradan olan 2011/2012-ci il təvəllüdlü 80 iştirakçı mübarizə aparıb. 60, 200 metr məsafəyə qaçış və uzunluğa tullanma üzrə mübarizənin yekununda oğlanlarda Oqtay Xudiyev, qızlarda isə Səlma Ağabəyova hər 3 növdə birinci olaraq üçnövçülüyün qalibi adını qazanıblar.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!