08 Dekabr 2022 16:00
310
PARLAMENT
A- A+

Türkmənistan Prezidenti Milli Məclisin sədri ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Sərdar Berdiməhəmmədov dost və qardaş ölkələr olan Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını ifadə edib. Ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında qədim tarixə malik münasibətlər dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. O, yüksəksəviyyəli rəsmi səfərlərin bu münasibətlərə töhfələrini qeyd edib. Həmçinin dost ölkələrimizin parlamentləri arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Sahibə Qafarova Türkmənistana Milli Məclisin sədri kimi ilk dəfə səfər etdiyini diqqətə çatdırıb. Bu il Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olduğunu xatırladan Sahibə Qafarova bu illər ərzində dost ölkələrimizin əlaqələrinin uğurla inkişaf edərək bir çox sahələri əhatə etdiyini vurğulayıb. O, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən olan qanunverici orqanlar arasında münasibətlər haqqında məlumat verib. Qeyd edilib ki, parlamentlərimiz səmərəli əməkdaşlıq əlaqələri qurub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyəti əlaqələrin inkişafına töhfə verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video