26 Iyun 2022 14:55
688
SİYASƏT
A- A+

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə bayram təbriki paylaşıb  

Bütöv Vətən Hərəkatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək qüdrətini bütün dünyaya nümayiş etdirən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrini bu əziz gün münasibətilə təbrik edir və qardaşlarımızı ürəkdən salamlayırıq.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) bu ifadələrlə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin qoşun birliyinin nizami hərəkətini əks etdirən, eləcə də Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birgə dalğalandığı fotoların da əks olunduğu təbrik MMN-nin rəsmi saytında paylaşılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video