18 May 2022 02:02
873
Təhsil
A- A+

Türkiyənin Atatürk Universitetinin nümayəndə heyəti ADAU-da olub

 

Türkiyənin Atatürk Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) olmuşdur.

Səfərdə Səhiyyə Elmləri İnstitutunun müdiri professor Elif Çadırcı, müdir müavini professor Abdulmecit Albayrak, Klinik Tədqiqat, İnkişaf və Dizayn Tətbiqi və Tədqiqat Mərkəzinin müdiri, professor Zekai Halıcı, Əczaçılıq fakültəsinin əməkdaşı professor Yasin Bayır iştirak etmişlər.

Baytarlıq təbabəti fakültəsində qonaqlarla keçirilən görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qarşılıqlı elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırmış, xüsusilə balıqçılıq sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışmışdır.

Görüşdə Atatürk Universitetinin tanıtım çarxı nümayiş olunduqdan sonra çıxış edən professor Abdulmecit Albayrak Atatürk Universitetinin tarixi barədə ətraflı məlumat vermişdir.

Türkiyəli professor Zekai Halıcının təmsil etdiyi mərkəzdə görülən işlər və aparılan araşdırmalar barədə iştirakçılara verdiyi məlumatdan sonra professor Elif Çadırcı ADAU-nun Baytarlıq təbabəti fakültəsinin müxtəlif ixtisasdan olan tələbələri ilə görüşmüşdür. Tələbələrə Atatürk Universitetinin maddi-texniki bazası və təhsil imkanları barədə ətraflı məlumat verilmişdir.

 

S.ƏLİYEV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video