Türkiyəli şagirdlər Azərbaycanda səfərdədir
Türkiyə Respublikasının İstanbul, İzmir, Bursa, Ankara, Adana və Çanaqqala şəhərlərinin 9 -11-ci sinif şagirdləri və müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub, mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıb. Həmin gün nümayəndə heyəti Heydər Əliyev Mərkəzini də ziyarət edib.
İyunun 24-də qonaqlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksində şagirdlər üçün yaradılan şəraitlə tanış olub. Burada qonaqlar üçün 44 günlük Vətən müharibəsi və Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən videoçarx nümayiş etdirilib. Müasir Təhsil Kompleksi ilə türk şagirdlərindən ibarət komandalar arasında intellektual oyun keçirilib.
Həmin gün nümayəndə heyəti Hərbi Qənimətlər Parkı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də tanış olublar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
20 Aprel
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb ...
20 Aprel
BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub
20 Aprel
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
20 Aprel
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
20 Aprel
Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər ...
20 Aprel
Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər...
20 Aprel
Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk ...
20 Aprel
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
20 Aprel
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!