07 Fevral 2023 23:08
725
DÜNYA
A- A+

Türkiyədə zəlzələ: 5434 nəfər həlak olub, 31 mindən çox insan yaralanıb - YENİLƏNİB

 

Türkiyədə zəlzələ qurbanlarının sayı 5434 nəfərə çatıb, 31 min 777 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

 

20:53

Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, 8 mindən çox insan dağıntılar altından xilas edilib.

 

20:04

Türkiyədə zəlzələ qurbanlarının sayı 3703 nəfərə çatıb, 22 min 286 nəfər xəsarət alıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

 

16:07

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.

Zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

On vilayətdə üç aylıq fövqəladə vəziyyət elan olunub

Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

 

13:00

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.

Bu rəqəmləri Türkiyə prezidentinin köməkçisi Fuat Oktay TRT telekanalında açıqlayıb. Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkən 10 vilayətdə 12 min 181 xilasedici fəaliyyət göstərir. Digər ölkələrdən 3 min 294 xilasedici gəlib. İndiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tam gücü ilə davam edir.

 

10:56

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə, yaralananların sayı 20 min 426 nəfərə çatıb.

Yeni rəqəmləri Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) nümayəndəsi Orhan Tatar açıqlayıb. Onun sözlərinə görə, 10 vilayətdə ümumilikdə 5 min 775 bina çöküb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video