22 Yanvar 2022 16:47
557
DÜNYA
A- A+

Türkiyə və İsrail xarici işlər nazirləri 13 ildən sonra ilk dəfə bir-biri ilə telefonla danışıblar

 

Türkiyə və İsrail xarici işlər nazirləri 13 ildən sonra ilk dəfə bir-biri ilə telefonla danışıblar.

AZƏRTAC “Yerusəlim Post”a istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı İsrailin xarici işlər naziri Yair Lapidə zəng edib. Bu, son 13 ildə ölkələrin yüksək səviyyəli diplomatları arasında ilk zəng olub. İsrail tərəfindən verilən məlumata görə, Çavuşoğlu COVID-19 testinin nəticəsi müsbət çıxan Lapidə şəfa diləyib.

Bu zəng iki ölkə arasında son zamanlar qarşılıqlı dostluq mesajlarının verilməsi fonunda baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında İsrail prezidenti İsaak Hersoqla görüşə biləcəyini xatırladıb və bildirib ki, Baş nazir Naftali Bennet bununla bağlı “müxtəlif səviyyələrdə mesajlar verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video