28 Iyun 2022 14:13
374
DÜNYA
A- A+

Türkiyə Prezidenti: İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar  

 

“Efes 2022” təliminin yekun mərasimlərinə getdiyimiz İzmirdə ordumuzun gücünü bir daha gördük. Biz dünyanın ən qədim və ən təsirli ölkələrinin başında gəlirik. İstər terrorizmlə mübarizə, istərsə də regional böhranların aradan qaldırılması istiqamətindəki fəaliyyətimizi uğurla həyata keçiririk. Dost ölkələrə verdiyimiz dəstək və prinsipial mövqeyimizlə hər sahədə fərqliliyimizi göstəririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitinin keçiriləcəyi Madridə yola düşməzdən əvvəl Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

“Bütün siyasi, iqtisadi və hərbi bacarıqlarımızı 2053-cü ilə dair baxışımızı həyata keçirmək üçün istifadə edəcəyik. Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara start verəcəyik”,-deyə Türkiyə Prezidenti bildirib.

NATO Zirvə Torlantısı haqqında danışan Prezident Ərdoğan qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.

Bu gün səhər saatlarında ABŞ Prezidenti Co Bayden ilə telefon danışığının olduğunu xatırladan Türkiyə Prezidenti ABŞ Prezidentinin bu gün və ya sabah təkrar görüşmə təklifinə müsbət cavab verdiklərini bildirib.

Bu günlərdə Türkiyənin Adana vilayətində iki quyuda yüksək keyfiyyətli neft yatağı aşkarlandığını deyən ölkə başçısı 425 və 358 metr dərinlikdə əldə edilən bu ehtiyatın dəyərinin təxminən bir milyard ABŞ dolları olaraq hesablandığını, daha səkkiz quyunun qazılması üçün hazırlıqların davam etdiyini açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video